"Fövqəlnazir"dən 1.1 milyardın hesabı sorulur

25/05/2013 23:03

"Fövqəlnazir"dən 1.1 milyardın hesabı sorulur

 

Font Ölçüsü
 

«Kür» Qərargahı: «Nazirliyin sorğuya cavab verməməsi böyük həcmli korrupsiyanı ört-basdır etmək cəhdidir»

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Fövqəladə Hallar Nazirliyini məhkəməyə verməyə hazırlaşır. Buna səbəb Qərargahın verdiyi sorğudan nazirliyin əsassız olaraq imtina etməsidir. Bununla bağlı Qərargah açıqlama yayıb.  
2010-cu ilin yazında baş vermiş Kür daşqınlarının 3 ili, 2012-ci ilin may ayında baş vermiş Qax- Zaqatala zəlzələsinin 1 ili tamam olur. “Kür” Qərargahının apardığı araşdırmaya görə ötən müddət ərzində daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün 460 milyon manat, zəlzələnin yaratdığı problemlərin həlli üçün isə 420 milyon manat vəsait ayrılıb (ümumilikdə 880 milyon manat və yaxud 1,1 milyard ABŞ dolları). Ayrılan vəsaitlə ötən dövr ərzində görülən işlər, mövcud vəziyyətlə bağlı növbəti hesabatın hazırlanmasına start verən “Kür” Cəmiyyəti bəzi suallara dəqiq və ətraflı aydınlıq gətirilməsi üçün cari ilin aprel ayının 22-də fövqəladə hallar naziri Kəmaləddin Heydərova rəsmi sorğu ilə müraciət edib. 
FHN sorğusunu cavablandırmaqdan imtina edib. 
FHN-dən “Kür” Cəmiyyətinin sorğusuna göndərilən cavab məktubunda qeyd olunur ki, zəlzələ bölgəsində tikilən evlərin smeta xərcləri, podratçı təşkilatlar, onlarla bağlanan müqavilələr və s. barədə məlumatlar “Informasiya əldə etmək haqqında” Qanunun 21.1.1-ci maddəsinə əsasən təqdim edilə bilməz. “Kür” Qərargahı isə nazirliyin bu addımını vəsaitlərin xərclənməsində yol verilmiş böyük həcmli korrupsiya faktlarını ört-basdır etmək cəhdi kimi qiymətləndirir. Dövlət büdcəsindən ayrılan vəsait ictimai vəsaitdir, xalqın sərvətidir. Büdcənin böyük bir hissəsi xalqa məxsus olan milli sərvətimiz - neft gəlirləri hesabına formalaşır. Aidiyyatı qurumlar, o cümlədən FHN büdcədən xərclədiyi hər qəpiyin hesabatını ictimaiyyətə ətraflı, dolğun və şəffaf şəkildə təqdim etməyə borcludur.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413