"Muradverdiyevin həbsi siyasi motiv daşıyır"

23/06/2013 20:59

"Muradverdiyevin həbsi siyasi motiv daşıyır"

  •  

 

Font Ölçüsü
 

Vəkil Fuad Ağayev: "İşi MTN aparmamalıdır"

Sabiq işlər müdirinin evində axtarış paraıldı

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin qeydiyyatda olduğu evdə və qohumlarının evlərində axtarış aparıb. Bu barədə “Azadlıq”a Akif Muradverdiyevin vəkili Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, axtarış sabiq işlər müdirinin və qohumlarının 3 mənzilində aparılıb.
“Biz vəkillər və qohumları iki ünvan üzrə keçirilən axtarışlarda iştirak etdik. Axtarışların iş üçün heç bir əhəmiyyəti olmadı”, - deyə Fuad Ağayev əlavə edib ki, bu axtarışlar Akif Muradverdiyevin və qohumlarının mənzil toxunulmazlığı hüququnu kobud şəkildə pozub: “Axtarışla bağlı məhkəmə qərarları tamamilə qanunsuzdur. Bu insanların mənzil hüququnun, Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsinin açıq və kobud pozuntusudur. Qanun pozuntusuna görə istintaq və prokurorluqla yanaşı, Səbail rayon məhkəməsinin hakimləri Rauf Dəmirqan oğlu Əhmədov və Elşad Yaquboviç Səmayev məsuliyyət daşıyır. Biz bu qanunsuz axtarışlarla bağlı müvafiq şikayətlərimizi verəcəyik”.
Vəkil daha sonra bildirib ki, Akif Muradverdiyevlə bağlı işin istintaqının MTN-də aparılması da doğru deyil: “Bu işin qondarma olduğunu qoyaq bir kənara. Hətta bu halda belə, işi MTN aparmamalıdır. Akif müəllimə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bununla bağlı istintaqı gömrük orqanı aparmalıdır. Bizdə cinayət işlərinin istintaqı Cinayət Prossesual Məcəlləyə müvafiq maddələrinə uyğun olaraq aparılır. Amma məsələ burasındadır ki, Cinayət Prossesual Məcəlləyə xeyli subyektiv dəyişikliklər edilib və məcəllə kefiyyətini itirib. Bir də görürsən, o, məsələ ki, gömrüyə aiddir MTN aparır. Amma əgər gömrükdən nəsə keçirilirsə, bunu araşdırmaq üçün gömrük orqanı var, siz niyə bu cür işlərlə məşğul olursunuz, ay MTN əməkdaşları”. 
Fuad Ağayev hesab edir ki, Akif Muradverdiyevin həbsi siyasi motiv daşıyır: “Akif müəllim sabiq səhiyyə naziri Əli Insanovun Milli Şuraya dəstək bəyanatından bir gün sonra həbs edilib. Həm Əli Insanov, həm də Akif Muradverdiyev qərbi azərbaycanlılar arasında kifayət qədər nüfuzlu şəxslərdir. Görünür, bu hakimiyyəti ciddi narahat edib”.
Akif Muradverdiyevin özünün həbsi barədə nə düşündüyünə gəlincə, vəkil deyib: “Akif müəllimin həbsi barədə konkret fikri yoxdur. O, çaşqın vəziyyətdədir və başa düşmək istəyir onu niyə həbs ediblər”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413