"MÜXALİFƏT SEÇKİLƏRƏ QATILMALIDIR"

28/05/2013 10:54

"MÜXALİFƏT SEÇKİLƏRƏ QATILMALIDIR"

"MÜXALİFƏT SEÇKİLƏRƏ QATILMALIDIR"
"Azərbaycanda vətəndaşların müxtəlif adlar altında birləşmək hüququ var. Hər bir vətəndaş da seçkilərdə öz namizədliyini irəli sürə bilər. O cümlədən Rüstəm İbrahimbəyov və Eldar Namzov da seçkilərə namizəd kimi qatıla bilərlər. Buna baxmayaraq onların yaratmağa çalışdıqları “Milli Şura”nın heç bir nəticəsi olmayacaq. Çünki bu siyasi düşərgəni formalaşdıran insanlar eyni şəxslərdir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Partiya sədrinin sözlərinə görə, “Milli Şura”nı yaratmağa çalışan insanlar seçki ərəfəsində dəfələrə bu və ya digər adlar altında birləşiblər: “Seçkidən sonra isə bir-birlərini xəyanətdə, satqınçılıqda ittiham edərək dağılıblar. Daha sonra fərqli ad altında müxtəlif partiyalarda bir araya gəliblər. Amma bu birləşmə və parçalanma heç nəyi dəyişmir. Çunki bu siyasi düşərgə xalq kütlələrinin dəstəyini qazana bilmir. Hesab edirəm ki, “Milli Şura” ideyası da onların növbəti uğursuz cəhdlərindən biridir. “Milli Şura”nın yaranması heç bir nəticə verməyəcək”.

Q.Həsənquliyevin sözlərinə görə, istər radikal müxalifət, istərsə də konstruktiv müxalifət nümayəndələrinin prezident seçkilərində qalib gəlmək şansları çox məhduddur: “Azərbaycanda geniş xalq kütlələri siyasi proseslərə qatılmır. Müxalifətə isə ciddi dəstək vermirlər. Həmçinin müxalifətin beynəlxalq dəstəyi yoxdur. Hesab edirəm ki, bütün bunlara baxmayaraq müxalifət seçkilərə qatılmalıdır. O cümlədən Azərbaycan müxalifəti hər bir imkandan, şansdan istifadə edərək ideyalarını cəmiyyətə yaymalıdır. Çalışmalıdır ki, tərəfdarlarının sayı çoxalsın. Sədri olduğum BAXCP də seçkilərə qatılacaq. Mübarizə aparacağıq, amma müxalifətin xeyrinə heç nə əldə olunmayacağının da fərqindəyik”.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413