"Veysəloğlu" Şirkətindən sahibkarlara şok qadağa - Eksklüziv

15/04/2014 19:29
"Veysəloğlu" Şirkətindən sahibkarlara şok qadağa - Eksklüziv
Şirkətin istehsal etdiyi şirniyyat məmulatları Ukrayna və Rusiyadan gətirilən məhsul qarşısında tab gətirmədi

 

  •  

  •  

Azərbaycanda şirniyat məmulatlarının idxalı və ixracı ilə məşğul olan  "Veysəloğlu" Şirkəti  əməkdaşlıq etdiyi marketlərə  və sahibkarlara qadağa qoyub.

 
Avropa.info-nun əldə etdiyi məlumata görə, "Veysəloğlu"dan  sahibkarlara və marketlərə edilən xəbərdarlıqda  satışa qoyulan  şirniyyat  məmulatlarının  70 faizinin məhz bu şirkətin  məhsullarının  olması istənilib. Əks təqdirdə, sahibkarlar bir daha "Veysəloğlu"nun məhsullarını ala bilməyəcəkləri ilə hədələniblər. Şirniyyat  məmulatlarının biznesi ilə məşğul olan satış mərkəzləri isə bu qadağadan sonra, çətin duruma düşüblər. "Veysəloğlu"dan  əsasən , nağd olmayan ödənişlə məhsul götürən sahibkarlar , başqa  şirkətlərin məhsullarını da satmaq istəyirlər.
 
Çünki, "Veysəloğlu"nun  nəzdində fəaliyyət göstərən "Ulduz" fabrikinin  istehsal  etdiyi  şirniyyat məhsulları ilə müqayisədə, Ukrayna və Rusiyadan  gətirilən  məhsullar  keyfiyyət etibarıilə  daha çox üstündür. Üstəlik , "Ulduz" fabrikinin istehsal etdiyi  "Tango", "Sema"  şokoladları ilə  Ukrayna  və Rusiyadan gətirilən  şirniyat  məmulatlarının qiymətləri  arasında  da  ciddi  fərqlər yoxdur . Məhz bu səbəbdən də, istehsal etdiyi  məhsulun satış əmsalının aşağı düşdüyünü görən "Veysəloğlu" nəzarətində olan satış mərkəzlərinə qadağa qoyub.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413