ƏBDURƏHMAN VƏZİROV: "ARAZ AĞALAROVA HÖRMƏTİM VAR..."

27/05/2013 14:08

ƏBDURƏHMAN VƏZİROV: "ARAZ AĞALAROVA HÖRMƏTİM VAR..."
27.5.2013
ƏBDURƏHMAN VƏZİROV:

Modern.az saytı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi, SSRİ-nin Nepal və Pakistandakı keçmiş səfiri Əbdürrəhman Vəzirovun Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin nümayəndələrilə müsahibəsini təqdim edir. Qeyd edək ki,  dünən 83 yaşını qeyd edən Vəzirovla söhbəti bu günlərdə Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasovla Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Valeri Tatarintsev aparıb.
 
- Əbdürrəhman müəllim, necəsiniz? Kefiniz necədir? Ailədə, evdə işləriniz qaydasındadırmı?
- Sağ olun. Hər şey qaydasındadır. Sağlamlığımda bir problem yoxdur. Üç nəvəm var. Bu yaxınlarda nəticəm doğulub. Adını Eldar qoyduq. Ötən ilə ağır sınaqla qarşılaşdım. Həyat yoldaşımı itirdim. Bunu yaşamaq çox çətindir. 

- Nə işlə məşğulsunuz? Ali məktəbdə dərs deyirsinizmi?
- Yox. Mən bütün bunlardan uzaqlaşmışam. Pensiya alıram, bütün ehtiyaclarımı ödəyir. Üzərində işlədiyim xatirələrimi tamamlamaq istəyirəm. 

- Aktual probemlərlə bağlı sizinlə söhbət etmək istərdik. Siz SSRİ-nin fövqaladə və səlahiyyətli səfiri rütbəsini daşıyan tanınmış azərbaycanlısınız. Bu rütbə ömürlükdür axı.
- Bəli. Amma indiyə qədər mənim üçün bir məsələ açıq qalır: niyə məhz mən SSRİ-də yeganə azərbaycanlı səfir oldum. 
 
- Niyə ki? Bununla fəxr etmək lazmdır. Əgər azərbaycanlı səfirlər çox olsaydı, bu, bəlkə də maraqsız olardı. 
- Yox niyə! Mən xatırlayıram ki, nə qədər gənc diplomatik korpusda işləmək üçün cəhd göstərirdi. Bir çox hallarda bizimkiləri konsulluq və səfirliklərdə işləmək üçün irəli çəkirdilər. Amma Azərbaycanın yerli hakimiyyəti buna razılıq vermirdi. İndiyə qədər başa düşmürəm: nəyə görə? Nədən qorxurdular, niyə qorxurdular...? Mən Azərbaycan hakimiyyəti sayəsində səfir olmamışam. Məni Moskvada yaxşı tanıyırdılar. Nə isə, tarix özü bunu araşdıracaq. 

- Rusiyadakı Azərbaycan diasporu barədə sizin fikrinizi bilmək istərdik. Sizi onların tədbirlərinə dəvət edirlər? Bu təşkilatlarla təmaslarınız olur?
- Son iki ildə belə təmaslarımız olmayıb. Fikrimcə, bütün bu hərəkat özlüyündə heç bir məna kəsb etmir. Odur ki, məndə belə tədbirlərdə iştirak etmək həvəsi itib. 

- Niyə?
- Boş şeylərdi. Bir müddət mənə Söyün Sadıqovun fəaliyyəti maraqlı gəldi. Amma bütövlükdə bütün bu diaspor təşkilatları əsasən öz şəxsi problemlərini həll etmək istəyən insanlardan ibarətdir. Öz vətənlərini tərk edib Rusiyaya gəlməyə məcbur olmuş azərbaycanlıların problemi heç kimə maraqlı deyil. Diasporlar azərbaycanlıların burada irəliləməsi üçün heç bir iş görmür. Baxın, nə qədər erməni KİV-də və digər dövlət strukturlarında çalışır? Bizimkiləri isə barmaqla saymaq olar.  

- Amma deyirlər indi axı işlər yaxşılığa doğru gedir. RATİ (Rusya Azərbaycanı Təşkilatları İttifaqı) yaradılıb. Abbas Abbasov “Azerros”un rəhbəri olub.  O hamını birləşdirməyə və diasporun fəaliyyətini gücləndirmək üçün cəhd edir. Novruz bayramını keçirdik, Xocalı faciəsini yad etdik...
- Bu milyarderlərdən mən yalnız Araz Ağalarovu tanıyıram. Ona hörmətim var. Yaxşı adamdır. Xatırlayıram ki, bir zamanlar o “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasına güclü dəstək vermişdi. Abbas Abbasova gəlincə, səhv etmirəmsə onu mən Özbəkistandan Azərbaycana gətirmişəm. Gətirəndən sonra Abbas Abbasovu Abşeron rayonunun Partiya Komitəsinin birinci katibi təyin etdim.
 
Novruza bayramına gəlincə, biz onu hər zaman qeyd etmişik. Bunun mətləbə dəxli yoxdur. Mən bizim diasporun işində real müsbət nəticələr görmürəm. Ermənilər necə işləyir, siz görürsünüz? Mən diaspor təşkilatlarına rəhbərlik edən adamların həyat hekayələrini bir az bilirəm. İnanmıram ki, onlarda nəsə alınacaq.  

- Polad Bülbüloğlu səfir kimi diaspor tədbirlərinə qatılmır və dəvətləri rədd edir. Sizi necə, öz tədbirlərinə dəvət edir? Səfirlə  əlaqə saxlaya bilirsiniz? 
-Yox, onunla heç bir əlaqəm yoxdur. Xeyli illər  əvvəl bir dəfə görüşmüşdük. Polad özü yaxınlaşıb məni qucaqladı. Siz yəqin bilirsiniz. Onu mən nazir təyin etmişdim. Diaspor tədbirlərinə qatılmadığı barədə sizin dediyinizə gəlincə, bu da həmçinin siyasətdir. Səfir hakimiyyəti təmsil edir. Onlar hesab edirlər ki, Azərbaycanı diaspor deyil, hakimiyyət nümayəndəsi təmsil etməlidir.   
 
- Deyirlər, siz Harri Kasparovun əmisinin xahişi ilə Poladı nazir təyin etmisiniz?
- Siz dəli olmusunuz nədi? Kim bunu uydurub? Polad Bülbüloğlunu mən Bakı ziyalılarının tövsiyəsi əsasında nazir təyin etdim. Mənim Bakı ziyalılarına böyük hörmətim var idi. Poladın atasını tanıyırdım və sənətini hələ çox erkən yaşlarımdan sevirdim. Bülbül böyük insan idi. Mən Kirovabadda (Gəncə) işləyəndə o mənim həyata keçirdiyim tədbirlərimin çoxunda iştiak edirdi. Gəncləri tərbiyələndirməkdə mənə kömək edirdi.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413