“Siyavuş Novruzovun savadı yoxdur” - Maksim Musayev

25/05/2013 22:06
“Siyavuş Novruzovun savadı yoxdur” - Maksim Musayev
 
Tarix: 25.05.2013 | Saat: 12:27 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

“Savadı olsaydı bilərdi ki, 1997-ci il ayrı, 2007-ci il tamam ayrı ildir”


“Maksim Musayevin yalanı odur ki, 1997-ci ildə kitabı çıxıb, ancaq guya Əli Əhmədov bu kitabın təqdimat mərasiminin keçirilməsinə imkan verməyib. Halbuki Əli Əhmədov 1999-cu ilin dekabrında partiyanın qurultayında icra katibi seçilib. Yəni bu da növbəti yalan məlumatdır. Maksim Musayev buna bənzər saxta və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaq istəyir. O, məlumatsızdır və qərəzlidir. Bu adama fikir vemək lazım deyil”.
Bu sözləri YAP-çı deputat Siyavuş Novruzov publika.az saytına müsahibəsində hakim partiyanın qurucularından olan Maksim Musayevin ittihamlarına cavabında deyib. Siyavuş Novruzov həmçinin bildirib ki, qocaman YAP-çının dediyi kimi o, partiyadaşı Eldar Ibrahimovla xalaoğlu deyil: “Eldar Ibrahimov mənim üçün çox hörmətli insandır, ancaq biz xalaoğlu deyilik. Bunu bütün Azərbaycan da yaxşı bilir. Bu bir daha onu göstərir ki, Maksim Musayevin hər fikiri yalan və saxtadır”. 
YAP-çı deputat əlavə edib ki, Maksim Musayev partiyanın 20 illiyinə dəvət olunsa da, gəlməyib: “Partiyanın 20 illiyinə də Maksim Musayevi dəvət etmişik, ancaq o söyləyib ki, çıxış üçün yer verilməsə, iştirak etməyəcək”.

Maksim Musayev isə “Azadlıq”a bildirib ki, yalanı Siyavuş Novruzov danışır: “Mən deməmişəm ki, kitabım 1997-ci ildə çıxıb. Demişəm ki, 2007-ci ildə çıxıb. Qəzetlər də belə yazıb. Amma Siyavuş Novruzovun savadı çatmayıb ki, 1997-ci illə 2007-ci ili ayırsın. Savad yoxdur axı. Savadı olsaydı bilərdi ki, 1997-ci il ayrı, 2007-ci il tamam ayrı ildir. Mən yalan danışmağı sevmirəm. Dediklərim hamısı həqiqətdir və zaman-zaman təsdiq olunub. Dedilər ki, Heydər Əliyev Maksim Musayevi tanımayıb. Amma sonradan bəlli oldu ki, məhz Heydər Əliyev mənə Qaxa katib təyin edib. Dedilər ki, YAP-ın yaranmasında Maksim Musayevin rolu olmayıb. Amma Arif Rəhimzadə çıxdı dedi ki, necə olmayıb, olub. Dedilər ki, məni Heydər Əliyevə görə həbs etmək istəməyiblər. Yenə də yalanları ifşa olundu. Arif Rəhimzadə həmin faktı təsdiq etdi. Indi özünüz görün ki, yalan danışan kimdir”.
Siyavuş Novruzovun Eldar Ibrahimoğlu ilə xalaoğlu olmadığı barədə fikrinə gəlincə qocaman YAP-çı bildirib: “Bunu mənə naxçıvanlılar deyib. Mən hər il Naxçıvana Əshabi-Kəfi ziyarətə gedirəm. Həmçinin Naxçıvanı qarış-qarış gəzirəm. Belə səfərlərin birində mənə demişdilər ki, Siyavuş Novruzovla Eldar Ibrahimoğlu xalaoğludur. Mən də ona görə elə demişdim”.

Maksim Musayev partiyanın 20 illiyinə dəvət olunması məsələsinə də aydınlıq gətirib: “Bəli mənə zəng vurub dedilər ki, sizə dəvətnamə göndərəkmi? Dedim, iştirak etməkdən məmnun olaram, amma mənə çıxış üçün söz verəcəksinizmi? Dedilər, xeyr, 6 nəfər çıxış edəcək, amma sizin adınız yoxdur. Dedim axı partiyanı quranlardan biri də mənəm, niyə çıxışa yazmırsınız? Dedilər, aydınlaşdırıb zəng vurarıq. Sonradan zəng vurub dedilər ki, heç kim çıxış etməyəcək, yalnız prezident danışacaq. Mən hiss etdim ki, bunlar necə deyərlər ”xala xətrin qalmasın" məni tədbirə dəvət edirlər. Ona görə mən də iştirak etmək istəmədim".

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413