«DƏRMAN BAZARINDA DƏHŞƏTLİ VƏZİYYƏT HÖKM SÜRÜR»

07/06/2013 20:12

«DƏRMAN BAZARINDA DƏHŞƏTLİ VƏZİYYƏT HÖKM SÜRÜR»
7.6.2013
«DƏRMAN BAZARINDA DƏHŞƏTLİ VƏZİYYƏT HÖKM SÜRÜR»

Vahid Əhmədov: «Nəyə görə, Türkiyədə bir dərman 7 dollar oluğu halda, bizdə 50 manata alınır?!»
 
«Ölkəyə idxal olunan malların 48 faizi gömrük rüsumundan azad edilir, bu, həddindən artıq çoxdur»
 
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin son iclasında “Gömrük Tarifi Haqqında” qanunun müzakirəsi zamanı bəzi deputatlar Azərbaycanın dırman bazarındakı bahalıqdan gileyləndi. Qeyd edək ki, yeni qanuna görə, dərmanların ölkəyə gətirilməsi üçün gömrük rüsumları tətbiq edilməyəcək. Amma deputatlar bildirir ki, buna baxmayaraq, yenə də dərmanların qiyməti enməyəcək. Bu və ya digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov dəyərləndirib.
 
- Azərbaycanda Gömrük tarifi haqqında qanun yenidən hazırlanıb. Ona görə də yeni qanunda bir sıra mallar var ki, dövlət gömrük rüsumundan azad edilməlidir. O cümlədən, dərman vasitələri. Bizi narahat məsələlərdən biri - idxal olunan malların 48 faizi gömrük rüsumundan azad edilir. Bu həddindən artıq çoxdur. Burada dövlət büdcəsinə ziyan vurulur. Dərman vasitələrinin gömrük rüsumundan azad olunmasının tərəfdarıyıq. Çünki, birbaşa sosial məsələdir. Amma Azərbaycanın dərman bazarında dəhşətli vəziyyət var. Biz Milli Məclisdə də misal gətirdik. Bakının bir küçəsində gəlirsən aptekə orada dərman 10 manadırsa, başqa bir küçədə 20 manatdır. Əgər biz dərman vasitələrinin rüsumdan azad ediriksə, məntiqlə dərmanların qiyməti aşağı düşməlidir. Buna diqqəti artırmaq lazımdır.
 
- Dərman bazarında qiymətin düşməməsi nə ilə bağlıdır?
 
- Burada inhisarçılıq amili əsas yer tutur. Lazımı səviyyədə rəqabət aparılmır. Ona görə də qiymətlər bahadır.
 
- Bu məsələdə parlamentin və hökumətin rolu nədən ibarət olmalıdır?
 
- İki məsələ var, onlar həllini tapmalıdır. Birincisi, Rəqabət Məcəlləsi qəbul edilməlidir. Azad rəqabət yaradılmalıdır. İkincisi də vətəndaşların sosial məsələsi olduğuna görə, qərar qəbul edib qiymət üçün hədd müəyyənləşdirilməlidir. Yuxarı hədd qoyula bilər ki, bu qiymətdən baha heç kəs satmasın. Azərbaycanda dərman vətəndaşlar üçün çörək qədər əhəmiyyətlidir. Ölkədə uşaqdan tutmuş böyüyə qədər hər kəs dərmandan istifadə edir. Hökumət qiymət siyasətinə baxmalıdır. Bunun üçün İqtisadi İnkişaf Nazirliyinin tərkibində xüsusi departament var. Araşdırılmalıdır ki, niyə bu vəziyyət var. Nəyə görə, Türkiyədə bir dərman 7 dollar oluğu halda, bizdə 50 manata alınır? Bu qədər yol, nəqliyyat xərci olmaz. Bunlar hamısı araşdırılmmalıdır.
 
- Hər il Milli Məclisin gündəliyinə daxil edilsə də Rəqabət Məcəlləsi niyə qəbul olunmur?
 
- Bunu Milli Məclisin rəhbərliyindən soruşsanız, daha yaxşı olardı. Biz də hər bir sessiya dövründə bunu tələb etmişik. Hər dəfə də ümumi sözlərlə cavablar alırıq. Bu günlərdə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi ilə birgə iclasımız oldu. Bu iclasda müxtəlif QHT-lərdən də nümayəndələr iştirak edirdi. Amma yenə də üçüncü oxunuşa qanunu çıxarmırlar.
 
- Milli Məclisin yaz sessiyasının son iclasında “2012 ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun müzakirə olunmadan təsdiqləndi…
 
- Bu icra məsələsidir. Pul ayrılıb və xərclənib. Müzakirə olunsaydı xərclənən pullar geri qayıdası deyildi ki? Parlament komitəsində mən və həmkarım Əli Məsimli tənqidi fikirlərimizi dedik. Təklif verdik ki, bəzi məsələlərə diqqət etmək lazımdır. Artıq büdcə xərclənib. İlk dəfə idi ki, 98.6 faiz büdcə icra olunurdu. Bu çətin məsələdir. Bu faiz yüksək olduğuna görə, biz razılıq verdik ki, təsdiqlənsin.
 
- Ötəl ilin büdcəsinin icrası məsələsində sizi narazı salan məqam nə olub?
 
- Biz istəyərdik ki, investisiya layihələri kənd yollarının bərpasına sərf olunsun. Səhiyyə və təhsillə bağlı bir sıra məsələlər var ki, həll edilməli idi.
 
- Büdcə xərclərinin icrasına nəzarətin olmaması korrupsiyaya yol açır. Nə etmək olar ki, büdcə pulları şəffaf xərclənsin?
 
- Bu çox ciddi məsələdir. Vəsait böyükdür. Artıq dövlət büdcəsi 25 milyard dollara çatır. Ciddi dövlət nəzarəti lazımdır. Düzdür, Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən nəzarət var. Amma bu yetərli deyil. Bunun müyəyyən qanunauyğunlu lazımdır ki, büdcəyə nəzarət daha ciddi olsun. Ən ciddi məsələlərdən biri tenderlərlə bağlıdır. Xüsusilə, investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı elan olunan tenderlerdə şəffaflıq olmur. Xaric ölkələrə qoyulan investisiya layihələri ilə bağlı da bu sözləri demək olar.
 
- Hökumətin korruspiya və rüşvətxorluqla mübarizə siyasəti sizi qane edirmi? Necə hesab edirsiniz, 300 manat rüşvət alanı həbs eləmək mübarizə sayılırmı?
 
- Mən deyə bilmərəm ki, heç bir iş görülmür. Görülür, amma daha yaxşı da görülə bilər. Korrupsiyaqa Qarşı Mübarizə Komissiyası və Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Amma etiraf edək ki, bu mübarizə əsasən kiçik vəzifəli şəxlərə şamil edilir. Iri layihələrin həyata keçirilməsində olan korrupsiya və rüşvətxorluq halları bizi əsas maraqlandıran məsələdir. Siyasi iradə var. Sadəcə müyəəyyən məsələlər var ki buna mane olur. Amma zamanla bu məsələlərə də həll olunacaq.
 
- Hesablama Palatasının səlahiyyətlərinin artırılması məsələsi barədə təkliflərə necə yanaşırsız?
 
- Biz ötən il Hesablama Palatasının səlahiyyətlərini artırdıq. Bu gələcəkdə də artırıla bilər. Hesablama Palatasının gördüyü işlər çoxdur. Ola bilər ki, bu qurumun fəaliyyəti barədə şəffaflıəq yoxdur. Amma gördüyü işlər kifayyət qədərdir. Audit yoxlamaları və analitik təhlilərini yüksək dəyərləndirirəm. 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413