“Akkord”un baş direktoru hardadır?
28/10/2013 14:22
“Akkord”un baş direktoru hardadır?

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin baş direktoru Xaqani Quluzadə işdən çıxarılıb
Şirkətdəki mənbələr X.Quluzadənin “Akkord” ASC-nin direktoru vəzifəsindən kənarlaşdırıldığını deyiblər.
ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə məlumatı təsdiqləməyib:
“Xaqani Quluzadə 3 ay bundan əvvəl İngiltərəyə təhsili ilə bağlı gedib. Yəni onun işdən çıxması ilə bağlı məlumatlar doğru deyil. Bir il orada təhsilini davam etdirməlidir. Hələ ki, onun səlahiyyətlərini İdarə Heyətinin sədri Gökçer Aybek yerinə yetirir. Direktorlar Şurası yeni qərar verənədək həmin şəxs də baş direktor vəzifəsini yerinə yetirəcək”.
”Akkord”dakı digər mənbə isə tezliklə Xaqani Quluzadənin yerinə yeni təyinatın olacağını vurğulayıb.
—————
Back