“Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur”

21/09/2013 10:10

“Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur”

 

Tarix 20.09.13, 16:43

Font ölçüsü : - / +
 

bitmap-img6

 


“Lombard fəaliyyəti sadəcə bir fəaliyyət kimi formalaşır. Bu fəaliyyət növü banklardan fərqlidir. Əgər bank açmaq üçün mövcud qanunvericiliyə görə 10 milyon manat minimum nizamnamə kapitalı müəyyən olunursa, lombardlarla bağlı belə prosedur yoxdur. Lakin banklarda olduğu kimi lombardlar da fəaliyyət göstərmək üçün aidiyyəti qurumlardan icazə almalıdır.”

 

 
Bu sözləri  iqtisadçı-ekspert Vüqar Bayramov ölkədə fəaliyyət göstərən lombardların durumu ilə bağlı açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, lombardların funksiyası yalnız borc verməkdən ibarətdir: “Belə ki, qızıl və digər əşyaların girov qoyulması müqabilində vətəndaşlara borc verilir. Lakin banklardan fərqli olaraq lombardlar vətəndaşlardan depozit götürmürlər. Onu da nəzərə almaq lazımdır ki, lombardlar verdikləri borcdan iki dəfə daha artıq girov əşyası tələb edirlər.”
 
Lombardların yerlərinin dəyişməsi ilə bağlı problemlərin mövcud olduğunu söyləyən ekspert, “belə ki, lombardlar ofislərini tez-tez dəyişirlər ki, nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac olur. Lisenziya ilə fəaliyyət göstərsələr belə lombardların yerinin dəyişdirilməsinə ciddi şəkildə nəzarət edilməlidir”, - deyə bildirdi: “Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və kriteriyaların sərtləşdirilməsinə ehtiyac var. Eyni halda lombardların minimum kapitalı malik olmasını bir tələb kimi qanunvericiliyə daxil etməliyik. Bu da məhz lombardların məsuliyyətinin artırılmasına gətirib çıxaracaq.”
 
Vüqar bəy onu da bildirdi ki, vətəndaş tərəfindən lombarda qoyulan qiymətli əşyalar heç bir halda sığortalanmır: “Çünki qanunvericilik lombarda qoyulan girovların icbari sığortalanmasını özündə nəzərdə tutmayıb. Yəni birmənalı şəkildə girovların sığortalanması həyata keçirilmir. Lakin lombard müflis olduğu halda isə vətəndaşın yeganə çıxış yolu qalır ki, o da məhkəməyə müraciət etməkdən ibarətdir. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı heç nə yoxdur.”

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413