“İTV xalqın yox hakimiyyətin televiziyasıdır”

21/09/2013 10:32

“İTV xalqın yox hakimiyyətin televiziyasıdır”

 

 

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı açıqlamasında deyib ki, İTV bir daha xalqın yox, Hafiz Hacıyevin, hakimiyyətin televiziyasını olduğunu göstərdi:

“O cümlədən İTV Hafiz Hacıyev səviyyəsində bir televiziya olduğunu da göstərdi. Bu cür bəyanat verməklə arxalarında hakimiyyətin dayandığını sübut etdilər. Miyonlarla insan gördü ki, Hafiz Hacıyev Cəmil Həsənliyə danışmağa imkan vermədi. Miyonlarla adam gördü ki, Hafiz Hacıyev xuliqanlıq edərək içi su ilə dolu butulkanı Cəmil Həsənlinin üstünə atdı. Hafiz Hacıyev dini ədavətə yol verərək ailə münasibətlərinə qanunsuz olaraq toxundu. Bundan əlavə Cəmil Həsənlinin təmsil olunduğu Milli Şura üzvlərinə qarşı təhqirəmiz ifadələrə yol verdi. Onların şərəf və ləyaqətini alçaltdı”.
İTV-nin bəyanatında göstərilir ki, Cəmil Həsənli əlavə 12 dəqiqə 12 saniyə danışıb. Bununla Cəmil Həsənlinin bundan sonra iki dəfəlik efir vaxtını ala bilərlərmi sualına isə Gülağa Aslanlı belə cavab verib:
“Dünənki hadisənin videoları bütün beynəlxalq təşkilatlara göndərilib. Dünya artıq bundan xəbərdardır. İTV də bunu bilməmiş deyil. Belə şey etsələr, çox böyük səhv edərlər. Cavablarını da ən sərt şəkildə alacaqlar. Cəmil Həsənli də öz haqqını sona qədər müdafiə edəcək. Biz qanunvericiliyə , Seçki Məcəlləsinə uyğun şəkildə təşviqatımızı aparmışıq”.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413