
Növbəti “sxodka” İstanbulda keçirilib
Rusiya kriminal aləminin xaç atası Aslan Usoyana (Ded Xasan) sui-qəsddən sonra “qanuni oğru”lara nəzarətin güclənməsi “sxodka”ların keçirilməsində də müəyyən dəyişikliklərə səbəb olub.
Belə ki, bir neçə “sxodka”ya hücumdan sonra “qanuni oğru”lar növbəti toplantını Türkiyədə keçirib.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sonuncu “sxodka” mayın 10-da İstanbulda baş tutub və Kolya Tomski “taclandırılıb”.
Onun “qanuni oğru” adı almasında Qela və Qiza Kardava, Merab Pipiya, Zviad Tbilisski, Oleq Çirkaçın xidmətləri olub.
|