“Sahibkarın Məsləhət Evi”-nin (Azərbaycan) beynəlxalq arenada Qələbəsi !
Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İttifaqının maliyyə dəstəyi ilə 01.02.2014-cü ildə tarixdə Kiyev şəhərində Qabriel Al-Salem fondunun (ABŞ) “Sərhədsiz Məsləhət-2014”devizi ilə konfrans keçirildi..
Konfransda müsabiqə komissiyasının qərarı ilə İlqar Namazovun rəhbərlik etdiyi Sahibkarın Məsləhət Evi “ Konsaltinq Sənətinin İnkişafında əhəmiyyətli töhvələrə görə” nominasiyasında qalib elan edilmiş və beynəlxalq mükafata layiq görülmüşdür.
“Yüz ölç,bir biç!“ prisip əsasında fəaliyyət göstərən SME-nin əsas məqsədi sahibkarlara biznes-məsləhət vermək, abonentlərə iqtisadi-hüquqi müstəvidə məsləhət xidməti göstərmək və ölkə sahibkarları üçün məsafəli-elektron məsləhət xidməti təşkil etmək , sahibkarlar üçün stolustü məsləhət kitabı nəşr etmək və biznes plan tərtibinə olan ehiyaclarının ödənilməsi olmuşdur.
Beynəlxalq miqyaslı mükafatın alınması SME-ni tanıyan bütün şirkətlərin qələbəsidir!
—————