171 saylı məktəbdə özbaşınalıq

13/05/2013 11:00

 

171 saylı məktəbdə özbaşınalıq

171 saylı məktəbdə özbaşınalıq
İradə müəllimə maaş yerinə müəllimlərə dirsək göstərir
12.02.2011 / 13:31
 


Problemlərin vaxtaşırı həllinin yubadılması cəmiyyəti çətin durumda qoyan hallardan biridir. Ümumiyyətlə, problemlərin həll edilməməsi dövlətin mübarizə aparmaqda çətinlik çəkdiyi ən böyük işdir. Belə çıxır ki, dövlət cəmiyyəti barmağına dolayan bəzi işbazları islah etməkdə acizdir? Respublikamızın bütün sahələrində demək olar iri özbaşınalıqnlar hökm sürür. Bunu Bakının Xətai rayonundakı Zaur Məmmədov adına 171 saylı məktəbdə də görmək çətin deyil. Məktəbdəki özbaşınalıq elə bir həddə çatıb ki, şagirdlərin həmin məktəbə gəlmək həvəsləri tamamlə ölüb. Tez-tez insident baş verən bu məktəbdə rüşvətxorluq halları və korrupsiya hərəkətləri də son günlər diqqəti cəlb edən əsas amillərdən biri kimi təzahür edir. Məktəbin direktoru İradə Murquzova və təsərrüfat hissə müdiri Azər Həzrətquluyev bu dəqiqələrdə də ciddi korrupsiya hərəkətləri ilə məşğuldurlar. Rüşvətə aludəçilik onların başını necə qatıbsa, hətta məktəbdə çalışan işçilərin və müəllimlərin maaşlarını vermək belə yaddan çıxıb. Əslində, İradə müəllimə bu maaşları vermək fikrində deyil. O səbəbdən, o, müəllimlərə maaş yerinə dirsək göstərir, onları təhdid edir, hətta hədələyir də. Aldığımız məlumata əsasən bir neçə dəfə Təhsil Nazirliyinə müraciət olunsa da, nə məktəb direktoru, nə də ona quyruq bulayan və havadarlıq edənlər məktəbdəki özbaşınalığa son qoymurlar. Bu da o deməkdir ki, adıçəkilən məktəbdə Misir Mərdanova zərrə qədər də olsa, hörmət qoyulmur. Bəs dövlətin qanunlarına necə, onlara da biganə yanaşılmalıdır? Belə çıxır ki, adıçəkilən məktəbin rəhbərliyi heç dövlətin qanunlarını, hətta prezidenti belə saya salmır…. Müəllimlər üçün ayırılmış maaşların İradə müəllimə tərəfindən mənimsənilməsi, 171 saylı məktəbdə onun digər maxinasiya hərəkətləri, rüşvətə və korrupsiyaya aid əməlləri artıq adıçəkilən məktəbdə çalışan müəllimləri, hətta valideynləri də əməlli-başla həm bezdirib, həm də narahat edir. Amma bundan İradə müəllimənin tükü belə tərpənmir. Hansı səbəbə? Yəqin ki, onun ya arxasında nazirlərdən də yekə adam dayanır, ya da ki, onun qanuna dəyər vermək bacarığı yoxdur. Əks təqdirdə… Nə isə, hələlik 171 saylı orta məktəbdə korrupsiya hərəkətləri davam etdirilir, İradə müəllimə müəllimlərin əməkhaqlarını ya kəsir, ya da heç vermir, məktəbin təhsil vəziyyəti sıfıra doğru enib, dərsdənyayınma halları artıb, bir sözlə, 171 saylı məktəbin sadəcə, məktəb adı qalıb. Şübhəsiz, İradə müəllimə çox yaxın günlərdə həmin ada da bir qoz qoyacaq…

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413