AKİF MURADVERDİYEVİN EVİNDƏ AXTARIŞ APARIBLAR

22/06/2013 17:58

AKİF MURADVERDİYEVİN EVİNDƏ AXTARIŞ APARIBLAR
21.6.2013
AKİF MURADVERDİYEVİN EVİNDƏ AXTARIŞ APARIBLAR

“Bu gün müvəkkilim Akif Muradverdiyevlə onun saxlanıdlığı MTN-in təcridxanasında görüşdüm. Akif müəllim mənə dedi ki, o, MTN əməkdaşlarına öz təşəkkürünü bildirib. Onlara deyib yaxşı ki, siz mənim cibimə silahla narkotik atmamısınız”. 
 
Bu sözləri virtualaz.org saytına açıqlamasında vəkil Fuad Ağayev bildirib. Vəkil qeyd edib ki, Prezident Aparatının sabiq işlər müdirinin səhhətindən heç bir şikayəti yoxdur. F.Ağayev bir daha vurğuladı ki, Akif Muradverdiyevin həbsi siyasi sifarişlə həyata keçirilib: “O ki qaldı Akif müəllimin Milli Şura ilə əlaqələrinə görə həbsi məsələsi, onun belə bir fikri olmayıb. Əgər belə bir şey olsaydı, mənə deyərdi”.
 
Vəkildən aldığımız digər məlumata görə, bu dəqiqələrdə saat - 20:15-dən etibarən A.Muradverdiyevin evində axtarış aparılmağa başlayıb.
 
Xatırladaq ki, A.Muradverdiyev dünən – iyunun 20-də Moskvaya uçmaq istəyərkən Bakı aeroportunda həbs edilib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib. A.Muradverdiyev qızıl sikkə qaçaqmalçılığında ittiham olunur. 
 
***
 
F.Ağayev hadisəylə bağlı "Azadlıq" radiosunu "İşdən sonra" proqramında isə deyib ki, Muradverdiyev onun çanrasından narkotik, silah yox, qızıl sikkə tapdıqları üçün əməliyyatçılara "təşəkkür etdiyini" bildirib.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413