ALI ALIYEVİN ƏN SON YEYİNTİSİ: İCRA BAŞÇISI 1 MİLYON MANATA ƏL QOYUB

04/06/2013 23:44

ALI ALIYEVİN ƏN SON YEYİNTİSİ: İCRA BAŞÇISI 1 MİLYON MANATA ƏL QOYUB
4.6.2013
ALI ALIYEVİN ƏN SON YEYİNTİSİ: İCRA BAŞÇISI 1 MİLYON MANATA ƏL QOYUB

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsindən olan bir qrup orta və kiçik sahibkar icra başçısı Alı Alıyevin onlardan qanınsız pul toplaması ilə bağlı PİA.AZ-a müraciət ediblər.
 
Sahibkarlar bildirirlər ki, icra başçısı Alı Adıyev Horadiz qəsəbəsində Dəmiryolu Stansiyasına gedən yola üzlük daşlar vurdurur. Həmin işi görən iş icraçısı isə ərazidə olan bütün dükan, market, və digər iş sahiblərindən Alı Alıyevin adından pul tələb edir. Şikayətçilər bildirirlər ki, etiraz edənləri Alı Alıyevin adı ilə və həmçinin vergi və polislə hədələyirlər. Şikayətçilər hansı haqqla iş icrasının onlardan icra başçısının adından pul tələb etmələrinə aydınlıq gətirməsini tələb edirlər. İcra hakimiyyətində isə onlara bildiriblər ki, tələb olunan pulu ödəmək zorundadırlar. 
 
PİA.AZ vasitəsi öz səslərini Prezident Adminstrasiyasına çatdırmaq istəyən şikayətçilər ölkə prezidenti İlham Əliyevin 12 fevral 2013-cü il tarixli çıxışını xatırladırlar. Sitat: «Cənab prezidentin 12 fevral 2013-cü il tarixli çıxışından bunların xəbəri yoxdur? Yoxsa elə bilirlər ki, xalqın cənab prezidentin çıxışından xəbəri yoxdur? Hər halda bundan sonra cənab prezidentin həmin çıxışını oxuyub bu yoldan çəkinərlər».
 
PİA.AZ-ın əməkdaşı elə bu səhər Fizulidəki mənbələrlə əlaqə saxlayıb. İcra hakimiyyətindəki mənbə faktı təsdiqləyib və bildirib ki, sahibkarların şikayətləri həqiqəti əks etdirir. Daha sonra mənbə Alı Alıyevin həmin «üzlük daşı» əməliyyatı ilə maraqlı məlumatlar verib. Bildirilir ki, həmin işi icra edənlər icra başçısının öz yaxın adamlarıdır.
 
Mənbə bildidi ki, sahibkarlardan pul toplanması Alıyevin korrupsiyaısının bir qismidir. Alı Alıyev həmçinin bu yolla büdcə vəsaitlərini də talayır. İşi görən fəhlələrə 1 kvadratmetr üçün 18 manat ödənilsə də, sənədlərdə hər kvadratmetrə görə fəhlərərə 30 manat ödənildiyi yazılır. Üzlük vurulan sahə isə 30 min kvadratmetri əhatə edir. Bu yolla Alı Alıyev büdcədən 360 min manat vəsaiti mənimsəmiş olur. Lakin icra başçısının gözələri bu böyük vəsaitlə belə doymayıb. Ona görə də Alı Alıyev iş icrasına ərazidə olan dükanların sahiblərindən pul toplamağı əmr edib. Yəni icra başçısı həmin iş üçün ayrılan təqribən 1 milyon manat vəsaitin hamısını mənimsəmək üçün çalışır və buna görə də sahibkarlara açıq təzyiqlər edir.
 
Daha sonra mənbə bildirir ki, Alı Alıyev rayondakı bütün iri sahibkarlardan, həmçinin idarə müdirlərindən 3-5 min arası pul tələb edir. İcra başçısı bu yığımını onunla əlaqələndirib ki, rezident Adminstrasiyasının Regtonal İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanlarını ilə İş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyevin prezident seçkiləri ilə bağlı Füzuli rayonuna səfər etməsi gözlənilir. Səfərdə məqsəd odur ki, Regtonal İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanlarını ilə İş üzrə şöbəsinin müdiri prezident seçkiləri ərəfəsində rayonda aparılan abadlıq işləri ilə birbaşa  tanış olsun. Çünki cəbhə bölgəsi olaraq prezident İlham Əliyevin öz seçki marafonuna Füzulidən start verməsi gündəmdədir.
 
Mənbənin bildirdiyinə görə, buna üçün Alı Alıyev rayonu təcili abadlaşdırmaq adı altında sahibkar və idarə müdirlərindən pul toplayır. Bu zaman isə büdcə vəsaitlərini öz cibinə qoymağı da unutmur.
 
Qeyd edək ki, mənbə həmçinin qaçqın və köçkün ailələri üçün evlərin tikilməsi və təmir olunması üçün Dövlət Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsində Füzulinin icra başçısının böyük korrupsiya hallarına yol verdiyini bildirdi. Həmin faktlarla daha ətraflı yaxın günlərdə tanış ola biləcəksiniz.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıqı…
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413