ANARLA BAĞLI ŞOK SƏNƏD – Cavidin adını çıxarıb atasının adını yazdı...

18/06/2013 21:54
ANARLA BAĞLI ŞOK SƏNƏD – Cavidin adını çıxarıb atasının adını yazdı...
 
Tarix: 16.06.2013 | Saat: 14:04 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

Hüseyn Cavidin adının çıxarıldığı siyahıya Anar öz valideynlərinin adını daxil edibmiş



Azərbaycanın tanınmış tədqiqatçılarından biri redaksiyamıza son günlər adı yenidən medianın diqqət mərkəzində olan Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bağlı maraqlı sənəd təqdim edib. Daha doğrusu, barəsində bəhs edilən sənəd AYB-nin üzvü İsgəndər Əhmədoğlunun 15 iyun 1992-ci il tarixdə o vaxtlar Azərbaycan Yazıçılar Birliyinin birinci katibi işləyən Anara ünvanladığı məktubudur.
Məktubun mətnindən görünür ki, Anarın Yazıçılar Birliyindən öz maraqları üçün istifadə cəhdləri hələ 20 il əvvəl də tabeçiliyindəkilərin açıq etirazları ilə qarşılanırmış.
Oxucuların marağına səbəb olacağını nəzərə alıb, 15 iyun 1992-ci ildə yazılmış həmin məktubu olduğu kimi təqdim edirik:

“Azərbaycan Yazıçılar Birliyinin birinci katibi möhtərəm Anar bəyə

Mən bu yaxınlarda unudulmaz və qüdrətli Cavidimizin adının Azərbaycan gəmilərindən birinə verilib-verilməməsinin dəqiqləşdirmək məqsədilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə müraciət etdim. Dedilər ki, verilməyib, ancaq bu günlərdə Yazıçılar Birliyindən Anarın imzası ilə bir siyahı göndərilib, orada Cavidin adı yoxdur. Siyahıda anası Nigar Rəfibəyli və atası Rəsul Rzanın adları var.
Mən bu şairlərdən hər birinin adına gəmi olmasının əleyhinə deyiləm. Fəqət mən bir insan kimi böyük Cavidimizin bu siyahıya düşməməsinə çox təəssüfləndim.
Siz öz ata-ananızı siyahıda yazırsınız, Cavidi isə “unudursunuz”. Yazıçılar Birliyinin başkanı kimi Sizin buna haqqınız yox idi.
Bağışlayın məni, yaxşı ki, Siz öz adınızı siyahıya salmamısınız...

Hörmətlə: İsgəndər Əhmədoğlu.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413