Arif Hacılının Müsavata başqanlıq dönəmi başlayır - Özəl

08/10/2013 08:08
Arif-Hacili-esas2.jpg
Seçkilərdən dərhal sonra partiyanın qurultayının keçirilməsi nəzərdə tutulub, Mərkəzi Aparatın rəhbəri hazırlıq içindədir

Müsavat Partiyasının başqanı İsa Qəmbərin postundan istefa verməsi artıq nizamnamə ilə də təsdiqini tapıb. Növbəti dəfə partiyaya rəhbərlik etmək hüququ olmayan Qəmbərin seçkilərdən sonra keçiriləcək qurultayada Lider olaraq qalması nəzərdə tutulub və onun yerini seçkilər nəticəsində daha çox səs toplamış şəxs tutacaq. Demokratiya.info-ya verilən məlumata görə, İsa Qəmbərin yerinə iddialı olan əsas fiqur partiyanın Mərkəzi Aparatının rəhbəri Arif Hacılıdır. Bütün rayon təşkilatlarını tam nəzarətinə almış Hacılı qurultayda ən çox səs yığacaq fiqur olaraq da qəbul edilir. Elə bu səbəbdəndir ki, sözügedən şəxs indidən özünü başqan postunda görür və həmin dönəm üçün hazırlıq içindədir. Məlumatlarda vurğulanır ki, qurultayda Arif Hacılının tək rəqibi isə Müsavatın digər funksioneri Arzu Səmədbəylidir. Belə ki, onun başqan postunda görünməsini istəyən İsa Qəmbərdir ki, ona görə də, məsələ bir qədər qəliz olacaq.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413