Aslan Aslanov ölkədən qaçarkən yaxalanıb?

13/11/2013 16:44

Aslan Aslanov ölkədən qaçarkən yaxalanıb?

 

Tarix 09.11.13, 15:38

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Səfər Əbiyevin qudasını Gülər Əhmədovanın taleyi gözləyir


İlham Əliyevin üçüncü prezidentliyi dövründə ilk vəzifəsiz qalanlardan biri Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov oldu

 
Sabiq müdafiə naziri Səfər Əbiyevlə qohum olan nazir müavini son 15 ilin ən qalmaqallı məmurlarından biri idi.

Şəmkir rayonunda icra başçısı olarkən əhaliyə etdiyi zülmlə ad çıxaran Aslanovun nazir müavini olarkən qeyri-rəsmi olaraq, ordu daxilindəki qanunsuzluqlarda da iştirak edirdi.

Azərbaycan ordusunda ”rüşvətin xaç atası” kimi təqdim olunan, faktiki olaraq Səfər Əbiyevin “qaranlıq məsələlər üzrə” məsləhətçisi vəzifəsini daşıyan Aslan Aslanov təqaüdə göndəriləndən sonra respublikadan çıxmaq istəyib.

Buna səbəb onun vəzifədəykən törətdiyi cinayətlərə görə, həbs olunmaq təhlükəsindən qorxması olub.

Məlumatlı mənbə Aslan Aslanovun Qazaxdakı Qırmızı körpüdən keçərkən, yaxalandığını və geri qaytarıldığını bildirir. 

Qeyd olunur ki, sabiq nazir müavini həbs olunmasa da, hüquq-mühafizə orqanları ölkədən çıxarmaq istədiyi pulu müsadirə edib. Dövlət tərəfindən əl qoyulan pulun məbləği açıqlanmasa da, bir neçə milyon evro olduğu vurğulanır.

O da bildirilir ki, hazırda Aslan Aslanovun sərvətinin siyahıya alınıb və özünə də ölkə xaricinə çıxmama yasağı qoyulub

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413