Avstriya Yanukoviç hökumətinin oğurladığı pulları Ukraynaya qaytarır

10/03/2014 21:10

Avstriya Yanukoviç hökumətinin oğurladığı pulları Ukraynaya qaytarır

  •  

 

Font Ölçüsü
 

 

Avstriya hökuməti Ukraynanın keçmiş məmurlarının ölkədən çıxardığı pulları bu ölkəyə geri qaytarmağa hazırlaşır. Bu barədə Avstriyanın xarici işlər naziri Sebastyan Kurç keçirdiyi mətbuat konfransında deyib:

"Avstriya ilk Avropa Birliyi ölkəsi oldu ki, Ukraynalı məmurların hesablarının dondurulmasına qərar verdi. İndi biz Ukraynadan qanunsuz çıxarılmış vəsaitlərin bu ölkəyə qaytarılması üzərində birlikdə işləyəcəyik".

Kurç bildirib ki, ölkəsi Krımda yaşananlardan hədsiz narahatdır. O, Rusiyanın beynəlxalq normalara zidd hərəkət etdiyini vurğulayıb. XİN başçısı bəyan edib ki, Rusiya Krımdakı fəaliyyətini dayandırmasa, AB-nin Nazirlər Şurası sanksiyalara əl atacaq.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413