Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR

27/05/2013 14:36

Elanlar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR
20 may, 2013

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Ərizələr 2 formada qəbul edilir:

  • Koalisiyalardan (ən azı 5 QHT-nin birləşdiyi)
  • QHT-lərdən fərdi şəkildə

Koalisiyalar üçün mövzular:

  • 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqi.
  • 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
  • Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin təşviqi üzrə təşəbbüslərin dəstəklənməsi.
  • Bir layihənin maksimum məbləği 50 min manatadək olmalıdır.

QHT-lərin fərdi qaydada müraciəti üçün mövzular:

  • Yeni qəbul olunmuş qanunlarla bağlı əhalinin məlumatlandırılması
  • Sosial çarxların hazırlanması və yayımının təşkili
  • İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi
  • Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi
  • Bir layihənin maksimum məbləği 15 min manatadək olmalıdır.

Müsabiqə üzrə ərizələrin qəbulu elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbuletmə prosesi 4 mərhələdə aparılır:

  • 1-ci mərhələ - İlkin layihə təklifinin qəbulu.

Bu mərhələdə elektron ərizə və layihə haqda qısa məlumat qəbul edilir. Bu mərhələ 20 may – 07 iyun 2013-cü il tarixədək müddəti əhatə edir.

  • 2-ci mərhələ - İlkin layihə təkliflərinin araşdırılması.

Təqdim olunan ərizələr Şura tərəfindən araşdırılır, ən yaxşı ideyalar və təkliflər seçilir. Bu mərhələ 07 iyun - 17 iyun 2013-cü il tarixədək müddəti əhatə edir.

  • 3-cü mərhələ - Tam layihə təkliflərinin qəbulu.

Bu mərhələdə seçilmiş ən yaxşı təkliflərin müəllifi olan QHT-lərdən tam layihə təklifləri qəbul edilir. Bu mərhələ 17 iyun - 11 iyul 2013-cü il tarixədək müddəti əhatə edir.

  • 4-cü mərhələ- Layihələrin yekun qiymətləndirilməsi və qaliblərin elan edilməsi. Müsabiqə qalibləri 2013-cü il avqustun 1-dən sonra elan olunacaq.

Müsabiqə siyasi və dini fəaliyyət, ayri-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlə bağlı müraciətləri dəstəkləmir.

Ərizələr Şuranın www.e-qht.az elektron xidmət saytında qəbul  olunur.

Yazılı şəkildə şəxsən təqdim edilən və poçtla göndərilən ərizələr qəbul edilmir.

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 31 may və 21 iyun 2013-cü ildə saat 11.00-da Şuranın ofisində (F.Əmirov küç.1) keçiriləcək.

Qeyd: Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.azwww.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin aparıcı məsləhətçisi Fərid Rüstəmova müraciət etmək olar.    

Tel /faks: (012) 493 17 80, 493 17 32. E-mail: frustamov@cssn.gov.az

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413