AZƏRBAYCANLA BAĞLI QORXULU RƏQƏM

25/05/2013 22:08
AZƏRBAYCANLA BAĞLI QORXULU RƏQƏM
 
Tarix: 25.05.2013 | Saat: 12:45 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

Beynəlxalq Diabet Federasiyası: “Azərbaycanda daha 600 min nəfər şəkərli diabet xəstəliyinə tutula bilər”


“Hazırda Azərbaycanda 170 mindən çox şəkərli diabet xəstəsi var. Lakin daha narahatedici məqam 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulmasıdır. Bu isə o deməkdir ki, daha 600 mindən artıq şəxs diabetə düçar ola bilər. Bu, çox qorxulu rəqəmdir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Diabet Cəmiyyətinin (ADC) “Diabet: XXI əsrin çağırışları” mövzusunda keçirdiyi dəyirmi masada Beynəlxalq Diabet Federasiyasının prezidenti Ser Maykl Hörst deyib.
Onun sözlərinə görə, hazırda dünyada 371 milyondan çox insan bu xəstəliyin daşıyıcısıdır. Federasiyanın hesablamalarına görə, yaxın 20 ildə bu rəqəm 550 milyonu ötəcək. Bu xəstəlikdən hər 8 saniyədə bir nəfər, il ərzində isə 4 milyon insan dünyasını dəyişir. Hər il 1 milyon şəkərli diabet xəstəsi amputasiya olunur: “Diabet bütün dünya üçün böyük problemdir. İkinci tip diabet xəstələrinin sayının gündən-günə artacağı gözlənilir. Diabet hər ailənin və dövlətin büdcəsinə böyük təsir edir. Lakin diabetin qarşısını almaq mümkündür. Həyat şəraitini yaxşılaşdırmaq, sağlam qidalanma, fiziki aktivliklə diabetin qarşısını almaq olar”.
ADC-nin sədri Möminat Ömərova isə qeyd edib ki, Azərbaycanda şəkərli diabet xəstəliyi ilə mübarizə dövlət səviyyəsində aparılır: “Ölkədə “Şəkərli diabetlə xəstə şəxslərə dövlət qayğısı haqqında” qanun və onun icrası məqsədilə hökumətin diabet üzrə proqramları fəaliyyət göstərir. Bununla belə, səhiyyə müəssisələrində bu proqramların yetərincə icra edilməsi üçün lazımi tədbirlər görülmür. Uşaq və yeniyetmələrə yüksək keyfiyyətli insulin analoq penfillərinin verilməməsi, qlükometrlər üçün tələb edilən test-çubuqcuqlarla qeyri-kafi təminat, qlükozlaşmış hemoqlabin müayinəsinin heç yerdə aparılmaması xəstələrin həyatının yaxşılaşmasında ciddi əngəllər yaradır. Uşaq və yeniyetmələrin sağlamlıqlarını yaxşılaşdırmaq üçün Tədbirlər Proqramında nəzərdə tutulmuş sağlamlıq düşərgələri Səhiyyə Nazirliyi tərəfindən təşkil edilmir”.

M. Ömərova ADC-nin ötən il ölkə prezidentinə müraciətindən sonra 2013-cü ildə dövlət büdcəsindən şəkərli diabet xəstələrinə ayrılan maliyyə vəsaiti 2,8 dəfə artırılaraq 35,4 milyon manata çatdırıldığını da qeyd edib.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413