Azərbaycandan pul çıxaranların adları açıqlandı

18/06/2013 21:47

Azərbaycandan pul çıxaranların adları açıqlandı

 

Font Ölçüsü
 

Offşor şirkətləri olan azərbaycanlıların siyahısı «Azadlıq»da; siyahıda Ziya Məmmədovun şirkəti də var

Offşor zonalarda, o cümlədən Britaniyanın Vircin, Kuk adalarında qeydiyyatdan keçmiş şirkətlər haqda yeni məlumatlar yayılıb. Qeyd edək ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) topladığı sənədlər əsasında yaratdığı məlumat bazasında sözügedən şirkətlər və onların sahibləri haqda bilgilər öz əksini tapıb.
ICIJ-nin offşor şirkətlərlə bağlı bu ilin aprelində birinci mərhələdə açıqladığı məlumatlarda Azərbaycanın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət başçısı Ilham Əliyev və ailə üzvlərinə məxsus şirkətlər barədə bilgilər yayılmışdı.
Budəfəki siyahıda 30-dan artıq azərbaycanlının adı yer alıb. Məsələn, Elnarə Hüseynova, Sofiya Məmmədova, Orxan Nağıyev, Ayaz Kərimov, Teymur Teymurov, Elmar Əhmədov, Emin Yusifov, Adil Gözəlov, Adəm Əliyev, Fəxrəddin Ismayılov, Nəsib Həsənov, Fərizə Kərimova, Elçin Məmmədov, Gündüz Süleymanov, Murad Babayev, Nəsib Piriyev, Samirə Seyidməmmədova, Yelena Ağamoğlanova, Alxas Əsgərov, Turan Ismayilov, Akif Həsənov, Telman Əhmədov, Rauf Həsənov, Olqa Şərifova, Viktor Yeliseyev, Cavanşir Şirəliyev, Rasim Imanov, Namiq Məmmədov, Zaur Sadıqov, Denis Yesipenko, Fuad Seyidəliyev, Arif Azərrəhimov, Anar Abdullayev.
Əslində, arxasında iri məmurların dayandığı şirkətlərin ya onların yaxınlarının, ya da hər hansı sadə vətəndaşın adına qeydiyyatdan keçirilməsi halları Azərbaycan təcrübəsində kifayət qədər çox olub. Bu mənada şübhə yoxdur ki, ilk baxışdan yuxarıda qeyd etdiyimiz adlar tanış gəlməsə də, onların təmsil etdiyi şirkətlərin bir çoxunun yüksək vəzifəli məmurlarla yaxından-uzaqdan əlaqəsi var. Elə siyahı açıqlanandan sonra qısa müddətdə apardığımız kiçik bir araşdırma da deyilənləri sübut etdi. Barəsində məlumat yayılan şirkətlərdən birilə nəqliyyat naziri Ziya Məmmədovun bağlılığı üzə çıxdı.
Yuxarıda adlarını çəkdiyimiz şirkət rəhbərləri sırasında Emil Rafael adlı şəxs də var. Onun adına iki şirkət qeydiyyatdan keçib. Bunlardan biri “Trans-European Leasing Group Ltd.”dir. Bu şirkət 2006-cı ilin fevralında qeydiyyatdan keçib. Onun qeydiyyatdan keçməsində vasitəçi şirkət isə Riqadan “Lotus Holding Company Limited” olub.
Emil Rafaelin adına olan ikinci şirkət isə “Montgomery Industries Ltd.”dir. Bu şirkətin səhmdarlarından biri “ZQAN Holdinq”dir. “ZQAN Holdinq” isə nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
“ZQAN Holdinq” 2006-cı ilin fevralından “Montgomery Industries Ltd.”nin səhmdarıdır.
Barəsində məlumat açıqlanan digər şirkətlərin gerçək sahiblərini üzə çıxarmaq üçün bu istiqamətdə araşdırmaları davam etdirəcəyik.
Onu da əlavə edək ki, öz növbəsində ICIJ də offşor zonalardakı şirkətlər və onların sahibləri barədə məlumatların yayımını davam etdirəcək.

Informasiya şöbəsi

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413