AZTV-nin tanınmış aparıcısının 48 milyard dollarla bağlı statusu

Status ətrafındakı müzakirəni ən maraqlı edən səbəb isə Almaniyada yaşayan azərbaycanlı blogger Həbib Müntəzirin müzakirəyə qatılması olub
AZTV-nın tanınmış aparıcısı və siyasi mövqe ilə hakimiyyətə daima yaxınlığı ilə seçilən İbrahim Məmmədovun facebook səhifəsində prezidentliyə namizəd Cəmil Həsənlinin debatlarda ölkədə çıxarılan 48 milyard dollarlıq qeyri-qanuni vəsaitlə bağlı səsləndirdiyi fikirlə əlaqədar yazdığı status geniş müzakirəyə yol açıb. Status ətrafındakı müzakirəni ən maraqlı edən səbəb isə Almaniyada yaşayan azərbaycanlı blogger Həbib Müntəzirin müzakirəyə qatılması olub.
İbrahim Məmmədovun statusu ətrafında aparılan müzakirəni bəzi şərhlərin ixtisarı ilə oxucularımıza təqdim edirik
Status: “Debatlarda 48 milyard dollarlıq vəsaitlə bağlı xarici mətbuatın yazdıqlarına istinad edilməsi guya ki, ciddi arqument kimi təkrarlanır. Ancaq bu xaricdəki siyasi qrupların varlı Azərbaycana növbəti təzyiq vasitəsi kimi uydurulub.
Məsələn: Misirdə Hüsnü Mübarəki devirmək istəyəndə elə həmin xarici mətbuat yazırdı ki, o Misir xalqından 66 milyard dollar gizlədir. Devriləndən sonra dedilər ki, bütün nəslinin 728 milyonluq mülkü var imiş. Pullar isə yoxdur.
2-ci misal: İraqa müdaxilə ərərfəsində elə həmin xarici mətbuat yazırdı ki, İraqda nüvə silahı var. Müdaxilədən sonra dedilər ki, səhv etmişik, yox imiş.
Xarici mətbuatda yazılan xaricdəkilərin marağına uyğunlaşdırılır. Siyasətçi isə xaricilərin marağından çıxış etməməlidir.”
Hasan Ismayil: Öz dediyinizə özünüz inanırsınız?
İbrahim Məmmədov: “Bunlar bütün dünyanın gözü qarşısında baş vermiş, sübuta ehtiyacı olmayan faktlardır.
Zumrud Abbas: “Bizim bəzi "namizəd"lərimiz Azərbaycanın inkişafını gözü götürməyən xarici qüvvələrin marağına uyğun çıxış edir...
Vüsal İsayev: “Yəni deyirsiniz bu hakimiyyət halal işləyir?
Hasan Ismayil: İbrahim bəy, sanki ölkənin vəziyyətindən xəbərdar deyilmişsiniz kimi, yazırsınız. Axı bəzi həqiqətləri hamimiz bilirik. Söhbət o pullardan mülklərdən getmir.
İbrahim Məmmədov: “Britaniyadakı sorğu mərkəzinin (ictimai rəyin öyrənilməsi üzrə Avropa Mərkəzi) nəticələrinə görə rəyi soruşulanların 88% -dən çoxu İlham Əliyevə səs verəcəyini deyib.
Zümrüd Abbas: “Prezidentin bir səfərinin mahiyyətini anlamayan "politoloq"lar kor-koranə fikir bildirib özlərini gülünc günə salmasınlar...
Ibrahim Memmedov Mən sizə xaricdəki qüvvələrin insanları hökumətə qarşı qaldırmaq üçün istifadə etdiyi mexanizmlərdən (hamının gördüyü) danışıram.
Tural Gasanov: “İbrahim bəy siz balasına dərman ala bilməyən milyonları görmüsünüzmü, ətrafa baxın. Mənə lazım deyil xarici mətbuat, əgər mən derman ala bilmirəmsə siz hansı nağıllarla bizi uyutmaq istəyirsiniz. Amma bağışlayın , unutdum axı, toxun acdan nə xəbəri....
Hasan Ismayil: Yəqin, sivil ölkə necə olur, insanlar nəcə rahat yaşayır və.s. bütün bunlara qarşısınız... Hər kim prezident olur olsun, insanların sahib çıxsın.
Anar Musayev: “İbrahim müəllim mən sizinlə razıyam, xaricdə ölkələri məhv etmək üçün çox şər böhtan atdılar. Bəs yaxşı bu qədər rüşvət hara gedir?
İbrahim Məmmədov: “Milyonların dərman ala bilmədiyi haqda statistikanı haradan aldınız?”
Tural Gasanov: “Anar bəy, bu rüşvətlər ağı qara, haqqı nahaq görənlərin cibinə gedir. Belə olmasaydı bizə gördüyümüzü inkar etdirmək istəməzdilər. Azı yiyənin biri də odur.
Hebib Müntezir: “AzTVdən xalqa yalan sırımaq deyil bu, izləyin görün insanlar səhiyyənin problemlərindən danışırlar, İbrahim müəllim https://youtu.be/G0BWno9RsTs
Heyderli Mezahir: “Bizim ölkədə rüşvət artıq yox səviyyəsindədir və bunu hamı bilir.
Tural Gasanov: “Çünki milyonlardan biriyik barı danışmayın. 45 manat oensiya alanam xəstəmi gətirim verim yaşadın b u pulla.
Hebib Müntezir: “Bu sizin ən kasıb nazirinizin övladının sərvətidir, izləyin. https://youtu.be/LX5wM-EuRus.
Tahir Hüseynov: “Məlumatlar üçün çox sağ olun İbrahim müəllim. Siyasət siyasətçilərin işidir.
Nicat Quliyev: “İbrahim bəy misal çəkdiyiniz diktatorlar hər ikisi taxtdan məcburi endirilib.
Heyderli Mezahir: https://www.youtube.com/watch?v=FaPTv-g9Q3E&feature=youtu.be
Tural Gasanov: “Bu ki, danılmazdır, ikinci qrup əlil uşaqlıqdan əlil, 45 manat, nəyin sibatına ehtoyac duyursunuz
Hasan Ismayil: “ İbrahim bəy, ətrafınızda yəqin hamı yaş bal içində üzür... Zənginlikdən kasıbçılığı görə bilmirsiniz. Amma bizim ətrafımızda bir tikə çörək qazanmaq üçün gecə gündüz eşək kimi işləyənlər var. Bu qədər sərvətin qabağında insanlar qul kimi işləyirlər.
Tural Gasanov: “Men bu xoşbəxt həyatımı İbrahim müəllimə arzu edirəm.
Ibrahim Memmedov: “Hamını hamıya görə cavabdeh etmək savadsızlıq və dünyagörüşünün məhdudluğundan irəli gəlir. Siyasətə qoşulmaq üçün təkcə hikkə və nifrət kifayət deyil.
Asif Kazimsoy: “He 88% məsələsi düzdür, amma tərsinə bu İlham Əliyevi istəməyənlərin göstəricisidir.
Heyderli Mezahir: “Men bir şey deyim mənim atam rəhmətə getdiyi gündən dövlətin qayğısını görürəm. 200 manat dövlət tərəfindən pul ayrıldı və hər cür imkanlardan istifadə edə bilirəm. Mənim kimi minlərlə gənc dövlgətin qayğsıəını öz üzərində görür, amma siz görmürsüz.
İbrahim Memmedov: “Bu il 400-ə qədər gənc dövlət hesabına xaricə oxumağa göndərilir. Siz onu görmürsünüz...
Ibrahim Memmedov: “İldə 20 min məcburi köçkün ailəsi yeni evlərə köçürülür. Siz görmürsünüz...”
Hasan Ismayil: “Yaxşıları hər kəs görür. 1 yaxşı var deyə 1000000 yamana da göz yummaq ədalətsizlikdir.
Ramin Türkoğlu: “Xalqın nifrətidir İbrahim müəllim. Nə qədər azad söz deyən insanlar həbslərdədir. Sizi jurnalist kimi dəvət edirəm oktyabrın 2 də Xətai Rayon Məhkəməsinə. Sərdar Əlibəylinin məhkəməsinə. Jurnalist kimi gəlməyin, bir vətəndaş kimi gəlin və Azərbaycanda olan haqsızlığın bir parçasını gözünüzlə gört
Ibrahim Memmedov: “Oktyabrın 01-dən 20 yaşı olan müstəqil Azərbaycan BMT TŞ-na 2-ci dəfə sədrlik edəcək. Siz görmürsünüz...
Anar Musayev: “Ibrahim müəllim, şəxsən mən onu da görürəm, başqa neqativ halları da görürəm. Amma görürəm və gördüyüm deyirəm. Görüb görməməzliyi vurmuram. ə • Bəyən
Ibrahim Memmedov: “Taxtakörpü su anbarı və 10-a qədər SES tikilib. Siz görmürsünüz...
İzzət Rzayev: “Xədicə deyir sübut etməyə hazıram https://azpolitika.info/?p=2796
Anar Musayev: “BMT yönlu şeytan olsaydı qətnamələrinə yiyə durardı.
Heyderli Mezahir: “İlham Əliyev hər zaman hamıya kömək olur Hər zaman xalqın yanında olur. Ən azından bunu görün.
Hasan Ismayil: “Sizinki bilirsən nədir? Kişi evə çörək gətirib hamını saxlayır amma hər gün evdə arvadı və uşaqları doyur və özünə haqq qazandırır ki, mən çörək verirəm...
Ramin Türkoğlu: “İlham Əliyev heç vaxt pulsuzluq görməyib, ona görə birinci qrup əlilə və ömürlük dayəyə ehtiyacı olan birinə 65 manat pensiya kəsməklə ona faktiki olum hökmü verməzdi. Sizcə onun anası uşağı necə saxlamalıdır? İşləyə də bilmir, çünki uşağı tək qoymaq mümkün deyil
Anar Musayev: “Bu taxta körpü su anbarıda ,Oğuz-Bakı su kəməri kimi inşallah özünü doğruldar.
Həbib Müntəzir: “Məcburi köçkünləri ən qısa zamanda torpaqlarına qovuşduracaqdınız, 20 ildir xalqa yalan vədlər verirsiz. Xalqdan oğurladığınız sərvətlər hesabına yararsız evlər tikirsiz, üstəlik bunu da minnət kimi İLHAM ƏLİYEVİN QAYĞISI adı ilə xalqa sırıyırsız. Ayıb deyilmi insanların bədbəxtliyi üzərindən siyasət yürütmək?
Hasan Ismayil: İbrahim bəy, sizce 18 yaşına kimi uşaqlara və evdar qadınlar bu ölkənin vətəndaşı deyil? kimi usaqlara ve evdar qadinlar bu olkenin vetendasi deyil? Sizcə onlara da gəlir müəyyən edilməli deyilmi? Bir qadın 40 il evinə baxır, uşaq boyudur, amma 1 manat dövlətdən pul almır. Sizcə bu nədir?
Hebib Müntəzir: “Azərbaycan BMT-də sədrlik edəcəkmiş, BMT-də sədrlik edən ölkələrin adını yazsam utanacaqsınızmı görəsən bununla fəxr etməklə? Afrikanın ən geridə qalmış ölkələri də orda sədrlik ediblər, bu inkişaf-tərəqqi göstəricisi deyil.
Ibrahim Memmedov: “Orta savadlı montajçı ilə böyük siyasi məslələri müzakirə etmirik”
Ramin Türkoğlu: “Adama elə bir vəzifə üstələnib ki onun belə şeyləri görməmək şansı yoxdur. Və əgər deyək ki doğurdan da bunları görmürsə, nə deyə 3-cü dəfə namizədliyini verir”
Hebib Müntezir: “Orta savadlı montajçı yox, lap ən savadsız vətəndaşla belə bütün məsələləri müzakirə etmək borcunuzdur. Çünki hər bir vətəndaşın verdiyi vergilər sayəsində, o ölkənin vətəndaşının sərvəti sayəsində özünüzə həyat qurmusunuz və dövlət kanalında işləyirsiniz.
Hasan İsmayil: “İbrahim bəy, siz mənim vergimlə maaş alırsınız. Siz mənim əməyimin sayəsində dövlətə verdiyim pullara görə indi belə gur danışırsınız
Ibrahim Memmedov: “Mən özüm də vergi verirəm. Və sizdən az dəyər yaratmıram...”
Hebib Müntezir: “Sizə vergi vermirsiniz deyən yoxdur axı. Siz əks arqument gətirərək "müzakirə etmirik" deyib iqnor edirsiz, biz yox. Biz mədəni müzakirə tərəfdarıyıq. Sizdən də bir vətəndaş kimi tələb edirik ki, Azərbaycan Dövlət kanalını bir ailənin təbliğatı olmaqdan çıxarasınız. Dövlətin kanalı olaraq, bu dövləti var edən millətin kanalına çevrilin və burdakı kimi müzakirə mədəniyyəti sərgiləyib, onu efirə daşıyın. Qarşı tərəfin fərqli fikirlərini, problemləri dinləyin, öz haqlı gördüyünüz, bildiyiniz dəyərləri də müdafiə edin.
Ali Aliev: “Prezidentimiz hər dəfə öz çıxışında Azərbaycanda korrupsiyanın rüşvətin olduğunu və onlarla mübarizə aparıldığını qeyd edir. ASAN xidməti məhz belə korrupsiyaların qabağını almaq üçün yaradılıb. Mən inanıram ki, yaxın gələcəkdə Azərbaycan bir daha korrupsiya sözünü dilə gətirməyəcək
Hebib Müntezir: “Azərbaycan xəstəxanaları pulsuzdursa, ucuzdursa, keyfiyyətlidirsə, dərmanlar saxta deyilsə nə üçün minlərlə vətəndaş İrana müalicəyə gedir? Nə üçün bu ölkənin nazir-məmur, ən aşağıdan tutmuş ən yüksək çinli vəzifəliləri İbrahim müəllimin hər gün pislədiyi Almaniyaya, Avropanın digər şəhərlərinə müalicəyə gəlirlər? Niyə təriflədiyiniz səhiyyə sisteminə özünüzü, sağlamlığınızı etibar etmirsiniz, layiq bilmirsiniz?
16 saat öncə • Bəyən
Heyderli Mezahir: “Hebib mən hər zaman oz həkimlərimə güvənmişəm ailemde qohumlarımda hər zaman burda müalicə alib .
Asif Kazimsoy: “İranda sadəcə 14 azn-ə olan bir dərmana Bakıda 250 azn pul verdim!!
Ibrahim Memmedov: “Mən heç vaxt Almaniya səhiyyəsinin Azərbaycan səhiyyəsindən pis olduğunu deməmişəm. Xahiş edirəm faktları təhrif etməyin. Amma bu da faktdır ki, kardiocərrahiyyə və Onkologiya sahəsində xaricə gedənlərin sayı xeyli azalıb. Artıq Azərbaycanda bu sahələrdə hər şey var.
Ramin Musayev: Bizdə 50 dənə və 1 ədədi 5.5 manata alınmasını tələb etmişdilər amma İranda qardaşım cəmisini 5 manata aldı
Hebib Müntezir: “İbrahim müəllim, Almaniya səhiyyəsində korrupsiya halları barədə "n" qədər sujet gedib AzTV ekranlarında. Və bu korrupsiya hallarının alman səhiyyə sisteminin bərbad olması ilə əlaqələndirmisiz dəfələrlə. Kim nəyi təhrif edir?”
Ibrahim Memmedov: “Mən yazmamışam ki, bizi onların gününə salmaq istəyirlər. Mən yazmışam ki, bu tipli informasiya müharibəsi priyomlarından istifadə olunur. Yəni nümunə gətirmişəm. Yadaş: faktları öz xeyrinə təhrif etməyə DEMOQOQİYA deyirlər
Pervin Qulamov: Bilmirəm prezidentin xaricdə nəyi var nəyi yox, fakt bilirəmki biz yaşamırıq sürünürük.
Ibrahim Memmedov: “Almaniyadan maaş alanlar Almaniyanı müdafiə edirlər. Mən Azərbaycan dövlətindən maaş alıb, Azərbaycanı müdafiə edirəm. Onun səhiyyəsi alman səhiyyəsindən, iqtisadiyyatı alman iqtisadiyyatından zəif olsa da o mənim Vətənimdir.
Ibrahim Memmedov: “Almaniyada korrupsiyaya gəldikdə, bu barədə Transparency international-ın Almaniya milli komitəsi məlumat yayıb. Biz ona istinad edirik...
Hebib Müntezir: “Ölkəmizi Misirə-Liviyaya çevirmək istəyən 3-cü dəfə prezident olmaq istəyən İlham Əliyevdir. Ancaq ən geridə qalmış ölkələrdə 3-4 və daha çox hakimiyyətdə qalınır və diktator olunur. Diktator xalqın sərvətini oğurlayır, onun nazir-məmur və qudurğan övladları xalqı təhqir edir, aşağılayır və ondan sonra xalq öz etirazını dağıdıcı şəkildə bildirir. Mən bu cür halların vətənimdə olmasını istəmirəm. Bunu istəyən ən ləyaqətsiz və şəxsiyyətsiz adamdır. Mən vətənimi, ölkəmi sözün həqiqi mənasında tərəqqi edən, inkişaf etmiş, qanunlara riayət edən görmək istəyirəm. Öz qanunlarına əməl etməyib, öz hakimiyyətini uzatmaq üçün onu dəyişən bir sistem istəmirəm ki, bizi də ərəb baharı kimi nəticələr gözləməsin!
Ibrahim Memmedov: “Mən yazdım ki, İraqa müdaxilə öncəsi xarici mətbuat yazırdı ki, İraqda nüvə silahı var. Müdaxilədən sonra dedilər ki, yoxdur. Siz başqa istiqamətə getdiniz... Ona görə ki, cavab yoxdur
Hebib Müntezir: “İbrahim müəllim, bircə dəfə öz gözündə tük axtarmağa nə deyirsiz? Bircə dəfə həmin o Transparency international-ın siyahısına nəzər salıb Azərbaycanın o siyahıda neçənci yerdə olması xəbərini qeyd etdinizmi və bununla mübarizəyə səslədinizmi dövlət orqanlarını?
Ibrahim Memmedov: "Azərbaycanın o siyahıda yeri 139-cudur. Əvvəlki illərlə müqayisədə yaxşılaşma var. Amma problem hələ çoxdur. Bunu Prezident İlham Əliyev bəyan edib."
Ibrahim Memmedov: "Axı ASAN xidməti görmək sərf eləmir."
Hebib Müntezir: “İbrahim müəllim, mən vətənimdən didərgin düşümüşəm milyonlarla azərbaycanlının Rusiya bazarlarına, Türkiyə küçələrinə, İran xəstəxanalarına, Avropa yataqxana və inşaatlarına, Dubay barlarına ddüşdüyü vətəndaşlardan sadəcə biriyəm.
Yoxsa başıma at təpməyib ki, doğulduğum, böyüdüyüm, oxuduğum vətəni tərk etdim. Məcburi tərk eləməmişəm. Və Almaniyanı tərifləmirəm, həqiqətləri deyirəm. Azərbaycanı isə pisləmirəm. HAkimiyyətin qüsurlu gördüyüm tərəflərini deyirəm. Yəni sizdən fərqli olaraq həqiqətləri deyirəm.
Hakimiyyətlə vətən anlayışlarını qarışdırırsınız və sonra biz nəyisə sübut etməyə çalışırsınız.
Ibrahim Memmedov: “1. Siz özünüz -özünüzü didərgin salmısınız. 2. İndi bütün dünyada çinlilər, amerikalılar və s. görmək olar məgər bütün azərbaycanlıların Azərbaycanda yaşama
İbrahim Memmedov: “Liviyaya girməzdən əvvəl yazdılar ki, Qəzzafinin 266 milyard vəsaiti var. İndi deyirlər ki, yoxdur. Kəsib sonra saymazlar, sayıb sonra
Ramin Musayev: “Liviyada Qəddafi zamanında benzin 10 sent idi , indi 5 dollara maşın növbəsinin ucu bucağı yoxdur
Hebib Müntezir: “İbrahim müәllim, öz xoşuna getmәk başqa, siyasi repressiya, tәzyiq ucbatından, sәhiyyәnin bәrbadlığından, sosial iqtisadi vәziyyәtin acınacaqlı durumundan mәcburi tәrk etmәk başqa. Atam iki dәfә qeyri-qanuni olaraq hәbs olunub. Ailәmә tәzyiqlәr olub. Atama görә mәni hәdәlәyiblәr. Üstәlik vәtәnimi mәcburi tәrk edәndәn sonra da nazirlik sәviyyәsindә yaxın qohumlarımla hәdәlәnmişәm. Tәәssüf ki, vәtәnimi bax bu cür hәdә qorxu, tәzyiq yolu ilә idarә edәn bir rejim var.
Xazar Fatdayev: “İbrahim müəllim, Allah saxlasın, çox səbirlisən, yoxsa, bəziləri artıq blok etmişdi
Ibrahim Memmedov: “Xəzər müəllim, biz sizinlə aylarla kitabxanalarda ona görə oturmamışdıq ki, indi əsbiləşək. Bu Vətən məsləsidir. Vətənin problemləri var deyə, onu satmazlar. Məgər biz qüsuru olan övladımızı sevmirik?
Hebib Müntezir: “Biz әrәb deyilik, bu ölkә dә әrәbistan deyil. Bizim ölkәnin şәrqdә ilk demokratik dәyәrlәrә sahib olan bir respublikası olub. Bәsdirin bu xalqı alçaldıb ona hәr zaman Ermәnistanı, Liviyanı misal gәtirib indiki rejimin qalmasına şәrait yaratdınız. Heç olmasa qulağımızın dibindәki Gürcüstana baxın, orda gedәn siyasi islahatlara nәzәr salın, korrupsiya ilә mübarizә necә aparılır öyrәnin. Bu ölkә indiki durumda heç vaxt Misir Liviya olmaz amma bu gedişlә, hakimiyyәtin atadan oğula verilmәsi yolu vә illәrlә hakimiyyәtdә qalmaqla, nazir-mәmur özbaşınalıqları, onların qudurğan övladlarının xalqı tәhqir edib, alçaltması ilә isә tәәssüf ki, ölkәmiz o yönә doğru gedir. Bunu edәn dә İbrahim müәllim vә onun dәstәklәdiyi hakimiyyәtdir.