BAKI MERİ KÜRSÜSÜ UĞRUNDA SAVAŞ QIZIŞIR

27/05/2013 14:12

BAKI MERİ KÜRSÜSÜ UĞRUNDA SAVAŞ QIZIŞIR
27.5.2013
BAKI MERİ KÜRSÜSÜ UĞRUNDA SAVAŞ QIZIŞIR

Hacıbala Abutalıbovun yerinə ən şanslı namizəd Əli Əsədov hesab edilir
 
Hakimiyyət daxilində Bakı Şəhər Icra Hakimiyyətinin başçısı postu uğrunda savaş yenidən qızışıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, hakimiyyətdəki qruplaşmalar arasındakı qarşıdurmanın hətta açıq müstəviyə keçməsi ehtimalı var.
 
Yada salaq ki, Bakı meri postu uğrunda hakimiyyətdəki qruplaşmalar arasında yaman mübarizə gedib. Bu sırada  nəqliyyat naziri Ziya Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adı xüsusilə hallanıb. Məlumatlara görə, Ziya Məmmədov Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyevi, Kəmaləddin Heydərov Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovu, Bəylər Əyyubov isə Gəncənin icra başçısı Elmar Vəliyevi Bakı meri təyin etdirməyə çalışıb. Lakin bu qruplar məqsədlərinə nail ola bilməyiblər. Hacıbala Abutalıbovun işdən çıxarılmasının  gündəmə gəlməsi isə qruplaşmaları yenidən fəallaşdırıb. Yeri gəlmişkən, press24.az saytının yaydığı məlumata görə,  Hacıbala Abutalıbov Bakı rayonlarının icra başçılarının iştirakı ilə keçirdiyi toplantıda deyib: “Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin ediləcək şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”.
 
Bununla da Hacıbala Abutalıbov tezliklə işdən çıxarılacağına və onun yerinə təyin ediləcək şəxsin Bakı rayonlarından birinin icra başçısı olduğuna işarə vurub.
Lakin bizim əldə etdiyimiz məlumata görə, yeni Bakı meri rayonlardan birinin icra başçısı olmaya bilər. Məlumatda deyilir ki, hazırda hakimiyyət daxilində Bakı meri postuna ən şanslı namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov sayılır. Doğrudur, onun adı Prezident Administrasiyasının rəhbəri vəzifəsinə namizədlər sırasında da hallanır. Lakin hakimiyyətdə hesab edirlər ki, Əli Əsədov Bakı meri postuna daha layiq şəxsdir. Onsuz da şəhər təsərrüfatının əhəmiyyətli hissəsi, xüsusilə Bakının abadlığı ilə bağlı iri layihələri bir neçə ildir ki, Əli Əsədov icra edir. Bununla da o, artıq təcrübə toplayıb.
 
Məlumat üçün deyək ki, Əli Əsədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur və hakimiyyətdə Paşayevlərin komandasının üzvü kimi tanınır.
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413