Bir neçə icra başçısı Bakıda onlar haqqında veriləcək qərarı gözləyir

02/03/2014 21:09

Bir neçə icra başçısı Bakıda onlar haqqında veriləcək qərarı gözləyir

 

Tarix 24.02.14, 16:05

Font ölçüsü : - / +
 

bitmap-img6

 


Bir neçə icra başçısı vəzifədən alına bilər; bəzi başçılarpın isə yerlərinin dəyişdiriləcəyi istisna olunmur…

 

 
Altı rayonunun icra başçısı Prezident Admsinstrasiyasına dəvət olunub. Onlara idarə etdikləri rayonlarda gələn silsiləli problemlərlə bağlı xəbərdarlıq olunduğu bildirilir.
 
PİA.AZ daxil olan məlumaat görə Saatlı icra başçısı Siracəddin Cabbarov,  Şabran icra başçısı Novruz Novruzov, Göyçay icra başçısı Mənsur Məmmədov, Beyləqan icra başçısı Vaqif Abdullayev, Masallırayon icra başçısı Rafil Hüseynov və Astara rayon icra başçısı Qəzənfər Ağayev Prezident Admsinstrasiyasına çağrılıb. Məlumat verən etibarlı mənbə bildirir ki, bağlı son zamanlar rayon sakinlərinin davamlı olaraq prezident İlham Əliyevə şikayət məktubları göndərməsi ilə əlaqədar olaraq Pirezident Adminstrasiyasında adı çəkilən rayonların icra başçılarına xəbərdarlıq olunub və onlardan hesabat tələb olunub. Belə ki, məlumatda göstərilir ki, icra başçılarının nəzərinə çatdırılıb ki, onların idarə etdikləri rayonlarda sosial problemlərə rəhbərliyin biganəlik nümayiş etdirməsi, sonradan vətəndaşları mətbu orqanlara müraciət etməyə vadar edir.
 
PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Pirezident Adminstrasiyasına çağırılan icra başçılarının bəziləri idarə etdikləri rayonlara qayıtsalar da, bəziləri Bakıda onlar haqında veriləcək qərarı gözləyirlər.
 
Bildirilir ki, yaxın günlərdə yuxarıda adı keçən rayonların icra başçıları ilə bərabər başqa rayonların da icra başçılarının yerlərinin dəyişdiriləcəyi ehtimal olunur. Bəzi icra başçılarının isə, onlara göstərilən etimadı doğrulda bilmədikləri səbəbi ilə vəzifədən alıncağı gözlənilir.
 
Qeyd edək ki, Saatlı icra başçısı 2008 ci ildən, Şabran və Göyçay icra başçısı 2007 ci ildən, Masallı, Beyləqan, Astara icra başçıları isə 2012-ci ildən bu vəzifələrdə işləyirlər.
 
Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413