Bu gündən siqaret rəsmən qadağandır

15/11/2013 16:39

Bu gündən siqaret rəsmən qadağandır

TARIX: 15.11.2013 / SAAT: 14:33 / OXUNDU: 1023
Bu gündən  siqaret rəsmən qadağandır
 
   
 
Rusiyanın paytaxtında siqaret qadağası bu gündən qüvvəyə mindi.

Gün.Az xəbər verir ki, bu gündən Moskvada “Antitütün” qanunvericiliyinin qüvvəyə minməsi ilə iş yerləri, təhsil ocaqları, mədəniyyət, idman mərkəzləri, yaşayış binalarının eyvanları, vağzal və hava limanında siqaret çəkilərsə 500 dən 1,5 min rubla (11,9 - 35,8 AZN) qədər cərimə olunacaq.

2014-cü il iyundan isə bu siyahıya restoran, bar, yataqxana, otel, uzaq məsafəyə hərəkət edən qatar və elektrik qatarlarını gözləmək üçün perronlar da daxil olacaq.

Qeyd edək ki, bir çox Avropa ölkələrində, eləcə də Türkiyədə bu qanun artıq qüvvəyə minib və uğurla tətbiq olunur.

Azərbaycanda da ictimai nəqliyyatda siqaret çəkmək qadağandır və keçirilən monitorinq qanunun öz effektivliyini sübut edir. Bildirək ki, bu qanunun cəriməsi 50 AZN-dir.

Milli Məclisin payız sessiyasında ictimai yerlərdə, o cümlədən qapalı məkanlarda - kafe və restoranlarda siqaret çəkilməsini qadağan edən qanunun qəbulu gözlənilir.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413