Cadugərlər ABŞ-ı alətə çevirib- İDDİA

13/05/2013 11:11

 

Cadugərlər ABŞ-ı alətə çevirib- İDDİA

İranın dini lideri ayətullah Əli Xamneyinin ən yaxın məsləhətçilərindən biri Mehdi Təyyib yəhudiləri İrana zərər vurmaq üçün magiyadan istifadə etdiyini bildirib.

Publika.Az-ın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, dini seminar zamanı tələbələrin qarşısında çıxış edən Təyyib yəhudilərin cadugərlik sahəsində böyük biliklərə və imkanlara malik olduğunu söyləyib.

“Sionistlərin İrana qarşı bütün ədalətsiz sanksiyalar görə məsuliyyət daşıdıqlarını”, -söyləyən dini liderin köməkçisi yəhudi cadugərlərin ABŞ-ı da bir alətə çevirdiyini deyib:
“Onlar ABŞ-ı alətə çevirməklə İrana qarşı ticarət sanksiyaların qəbuluna nail oldular. Yəhudilər qara magiyanın köməyi ilə onlar 2009-cu ildə İranda prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışdılar. Hələ ki onlar bizə qarşı tam gücü ilə cadugərlikdən istifadə edə bilmirlər. Onların imkanları İranla dağıdıldı. Qara qüvvələr məğlubiyyətə uğradı və Əhmədinejad yenidən ölkənin rəhbəri oldu”.
Qeyd edək ki, İran qanunlarına görə, cadugərliklə məşğul olmaq cinayətdir. 

Ömər Əmirov

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413