Dünyanın ən varlı insanları evlərini haradan alır?

30/04/2013 13:49

 

Dünyanın ən varlı insanları evlərini haradan alır?
 
Tarix: 30.04.2013 | Saat: 13:06:00 | Çapa göndər | Dünya |
 
Xəbər 390 -dəfə oxunub

Son illər milyarderlər sərmayələrini gizlətməyə çalışır 

Amerikanın ən nüfuzlu jurnalı “Forbes” bu dəfə də dərc etdiyi araşdırma məqaləsi ilə diqqətləri özünə çəkməyi bacarıb. Belə ki, jurnal son sayında dünyanın ən varlı insanlarının aldığı evlərdən yazıb.

Milyarderlər evlərini haradan alırlar ?

Əgər əvvəllər milyarderlər ticarət mərkəzləri və s. bu kimi gəlir gətirən və hamının bildiyi mərkəzlərə sahib olmağa üstünlük verirdilərsə, son illər milyarderlər sərmayələrini gizlətməyə çalışır və tanınmaz, bilinməz adaları "ələ keçirməyə" başlayıblar.

Belə ki, "ən varlı" torpaqlar:

1) Araşdırmaya görə, milyarderlərin əksəriyyətinin əmlakları Kaliforniya Ştatının Karbon-Biç ərazisində yerləşir. Bəzən bu ərazini "milyarderlər sahəsi" də adlandırırlar. İlkin aparılan araşdırma nəticəsində bəlli olub ki, milyarderlərin 90%-nin burada onlarla villaları var. Buradakı villaların ən ucuzu 50 milyon dollar civarında dəyərləndirilir.

2) Böyük Britaniya- Surrey qraflığı 

Burada Boris Berezovskinin, Şevçenkonun və Elton Con kimi məşhurların əmlakı yerləşir.

3) Denyentefu, Yaponiya 

Yaponiyanın bu adasında dünyanın bir çox varlı şəxslərinin villalarının və restoranlarının olduğu deyilir. “Forbes”in məlumatına görə, son illər milyarderlərin əksəriyyəti məhz Cənub-Şərqi Asiya, yəni Yaponiya, Çin, Filippin, İndoneziya kimi ərazilərdən əmlak almağa üstünlük verirlər.

4) Keniyanın Karen vilayəti

Vilayət Britaniya tərəfindən salınıb. Karen digər ərazilərdən fərqli olaraq qiymətlərinin aşağı olması ilə seçilir. Məsələn, əgər Kaliforniyada bir villa sahibi olmaq üçün biznesmen multi milyarderin ən azı 50 milyon dolları olmalıdırsa, Karendən villa almaq üçün 7 milyon dolların sahibi olmaq yetərlidir.

Aynur Hüseynova

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413