Elmar Vəliyevin şərab festivalı Reklam Haqqında Qanuna da zidd imiş

05/11/2013 16:24

Elmar Vəliyevin şərab festivalı Reklam Haqqında Qanuna da zidd imiş

 

İki gün bundan öncə Gəncə Şəhərə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə şəhərində təşkil etdiyi şərab festivalı Reklam Haqqında Qanuna da zidd imiş.

Bu barədə FaktXeber.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Müsahib bildirdi ki, bir–iki il bundan öncə Ramazan ayının ortalarında dünya müsəlman ölkələrinin mədəniyyət paytaxtı hesab edilən Bakı şəhərində rus arağının reklamı gedirdi: “Düzdür ki, biz həmin reklamın çətinliklə yığışdırılmasına nail olduq. Təbii ki, Gəncədə sözügedən şərab festivalının keçirilməsinin qəti şəkildə tərəfdarı deyiləm və bu Reklam Haqqında Qanuna da tamamilə ziddir. Reklamı qanunla qadağa edilən bir şeylə bağlı festival keçirilə bilməz. Onda belə çıxır ki, Azərbaycanda donuz salasının da festivalı keçirilə bilər. Bir sözlər spirtli içkilərin gündüz saatlarında reklam edilməsi qanuna ziddir. Buyursunlar qanunda nəzərdə tutulan kimi axşam saat 11-dən sonra nə istəyirlər etsinlər.”
Qeyd edək ki, Gəncədə keçirilən şərab festivalı Reklam haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinin bəndlərini pozub. Bunu sözügedən maddənin bəndlərini oxumaqla görmək mümkündür.

1. Spirtli içkilərin, tütün və tütün məmulatlarının bütün üsullarla reklamına aşağıdakı hallarda yol verilmir:

• Spirtli içkilərin içilməsi və siqaret çəkilməsi prosesinin nümayiş edilməsinə;

• spirtli içkilərin içilməsi və siqaret çəkilməsinin ictimai, idman və şəxsi uğur qazanmaqda, yaxud fiziki və ya psixi halın yaxşılaşmasında vacib rolu olması təəssüratının yaradılmasına;

• spirtli içki və siqaretdən imtina edənlərin gözdən salınmasına;

• alkoqolun, tütün və tütün məmulatlarının müsbət müalicəvi xassələri haqda məlumatın verilməsinə;

• müəyyən məhsulun tərkibində alkoqolun və nikotinin çox olmasının bu məhsulun üstünlüyü kimi təqdim edilməsinə;

• bilavasitə yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edildikdə, obraz kimi yeniyetmə və gənclər arasında populyar olan şəxslərdən və idmançılardan, həmçinin 25 yaşadək istənilən şəxsdən istifadə edilməsinə;

• spirtli içki və tütün məmulatları reklamının radio, teleyayımlarda yerli vaxtla saat 7.00-dən 22.00-dək yayılmasına;

• spirtli içki və tütün mə`mulatları reklamının yetkinlik yaşına çatmayanlar və qadınlar üçün nəzərdə tutulan radio və televerilişlərdə, kino və video məhsullarda, mətbuat orqanında hər hansı şəkildə yayımına;

• spirtli içki və tütün mə`mulatlarının qəzetlərin birinci səhifələrində, jurnalların titul səhifələrində reklam yayımına;

• spirtli içki və tütün məmulatlarının uşaq, təhsil, idman müəssisələrində, ayin binalarda və tikililərdə, həmçinin onlardan 100 metrədək məsafədə reklam yayımına.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413