Elnur Aslanovun ortağı vəhabidir

29/03/2014 18:27

Elnur Aslanovun ortağı vəhabidir

 

Tarix 28.03.14, 15:35

Font ölçüsü : - / +
 

bitmap-img6

 

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun biznes ortağı olduğu barədə mediada kifayət qədər adı hallanan “Novco” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzi haqqında əməkdaşımız yeni məlumat əldə edib

 

 
Məlumata görə, 32-dən çox brend mağaza və bir çox şirkətlərin birləşdiyi şirkət heç də nurçu deyil, vəhabi biznes şəbəkəsinin içindədir və şirkətlər qrupunun rəhbəri Fərid Novruzi özü də vəhabidir.
 
Məlumatlı mənbənin “Axar.az”ın əməkdaşına dediyi xəbərə görə, şirkətlər qrupunun əsas ofisində çalışanların arasında yetərincə vəhabi var. Ofisdə çalışanların böyük bir hissəsi şirkət rəhbəri ilə eyni dini cərəyandandır.
 
“Novco”da işə düzəlirik...
 
Məlumatın nə qədər ciddi olmasını araşdırmaq üçün “Novco” Şirkətlər Qrupuna getdik: işə düzəlmək adı ilə... Məqsədimiz bu cür ciddi ittihamı yerində müşahidə etmək idi.
“Novco” Şirkətlər Qrupunun yerləşdiyi ”Kaspian Plaza”ya gələrək adıçəkilən şirkətin yerləşdiyi mərtəbəyə qalxmaq istədiyimizi dedik. Qəbul bölməsində çalışan xanım “Novco” şirkətinin Elmlər Akademiyası metro-stansiyasının yaxınlığında bir yerə köçdüyünü bildirdi. Ünvanı götürüb adı çəkilən yerə yollandıq.
 
Şirkətin 4 mərtəbəli xüsusi evdə yerləşməsinə görə “Novco”nu çətinlik çəkmədən tapdıq. Şirkətin qəbul otağında oturan xanım bizi xoş qarşıladı.
 
Başı bağlı, saqqallı işçilər...
 
İddia edildiyi kimi, resepşında çalışan xanım həqiqətən də hicablı idi. İşə düzəlmək adı ilə söhbətləşdiyimiz həmin işçi bizə sorğu anketi verdi.
 
Anketi doldurmaq adı ilə yan otağa keçəndə ofisdə çalışan və saqqalları ilə diqqət çəkən digər işçiləri də gördük: bir deyil, iki deyil, yetəri qədər insan var idi ki, saqqalları və qısabalaq şalvarları ilə vəhabiləri andırırdı.
 
Nəyə görə vəhabilərə üstünlük verilir?
 
Şirkətdə çalışan işçilərin arasında vəhabi qiyafəli olmayan insanlara da rast gəldik. Amma mümkündür ki, mənbənin verdiyi məlumata uyğun olaraq, onlar doğrudan da kənardan seçilməmək üçün bu “vəhabi görünüşündən” imtina etmişdilər. Elə şirkətin rəhbəri Fərid Novruzi də yetəri qədər müasir görünüşlü birisidir.
 
Düzə düz, əyriyə əyri
 
Həqiqət budur ki, həmin şirkətin kifayət qədər ciddi məbləğdə xeyriyyə büdcəsi var və əməliyyata ehtiyacı olan bir sıra insanların sağalması üçün on minlərlə manat pul xərcləyib.
 
Şirkətin rəhbəri Fərid Novruzi də xeyriyyə işlərinə pul ayırmaqda çox səxavətlidir. Pul xərclədiyi insanların arasında xəstə və əməliyyata, bütövlükdə pula ehtiyacı olan insanlar yetərincədir.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413