Emin Ağalarov: ”Məni zövqdən məhrum etdilər”

13/05/2013 11:08

 

Emin Ağalarov: ”Məni zövqdən  məhrum etdilər”  

"Crocus Group"-un prezidenti Araz Ağalarov “Forbes”jurnalına müsahibə verib. Müsahibədə A.Ağalarov özündən sonra şirkətinin idarəsi ilə oğlu Emin Ağalarovun məşğul olacağına dair məsələlərə toxunub. Məlum olub ki, o buna çoxdan hazırlaşır. Publika.Az həmin müsahibəni təqdim edir. 


-Araz  Ağalarov layiqli övlad yetişdirməyi necə bacardı? 

Araz Ağalarov- Atam mənə heç vaxt irad bildirməzdi. 6 yaşımda rayonun dələduzları ilə dostluq edirdim. Təbii, onlardan çoxu məndən yaşca böyük idilər. Atam Su Problemləri İnstitutuna rəhbərlik edirdi. İntellektli, təhsilli insanlarla ünsiyyət qururdu. Bir dəfə Bakı bulvarında maraqlı səhnə yaşandı. Bir tərəfdə biz gedirik- əlimizdə siqaret, papiros. Qarşı tərəfdən isə atam yoldaşları ilə gəlir. Hamısı da şlyapada, səliqəli geyimdə. Qarşılaşdıq, atam məni süzüb sakitcə keçdi. Təlaş içində evə qaçdım. Oturub, şiddətlə danlanacağım vaxtı gözləməyə başladım. Onu da deyim ki, o zamana qədər heç vaxt danlanmamışdım. Atam evə qayıtdı və mənə heç nə demədi. Bu zaman narahatlıq keçirməyə başladım. Hətta bir anlıq məndə atamın bizi  gördüyünə dair tərrəddüd də yaşadım. Nəhayət, axşam dözməyib özüm soruşmağı qərara aldım: “Ata, sən məni görmədin?”. O “gördüm,  oğul, amma sən elə dələduzlarla birlikdə idin ki, qorxdum  salamlaşsam, məni döyərlər”.

Bu sözlərdən sonra bütün gecəni  xəcalət çəkdim. Və həmişəlik bu məsələni yaddaşıma həkk etdim.  Uşağı nə zaman çəkindirməyə çalışsan,  o buna məhəl qoymayacaq. Uşaqlarımla belə olmamasına çalışmışam. Əgər Eminin dostları ilə gecə harasa getditiyin və üstəlik, onların siqaret çəkdiyini (təbii 6 yaşdan yuxarı) görmüşəmsə, onu saxlamamışam. Səhəri gün isə hətta “siqaretə qonaq etməzsən” deyə replika atmışam. Düzdür, bu kömək etmədi. O, 22 yaşına qədər artıq siqaret çəkirdi. Amma sonra özü atdı. Münasibətlərin əsasında etibar dayanır. Bilirəm bu işləyir. (bu məqamda Emin gəlir)

A.A: 13 yaşında Emin İsveçrəyə getdi. Bu səfər mənim qərarım idi.  Bəli, qərarı çox çətinliklə vermişdim.Amma nə etməli idim – onun dost çevrəsi  mənim 6 yaşımda dostluq etdiklərimdən fərqlənmirdi.

Emin Ağalarov: Məni zövqdən  məhrum etdilər  (gülür).

-Qorxmurdunuz, 13 yaşlı uşağın kefi pozular, darıxar, anasını soruşar? 

A.A : Bu yaşında artıq o, anasına şikayət etmirdi.  Onun mənəvi-psixoloji vəziyyətindən tam arxayın idim. Emin Moskva küçələrində sınaqdan keçmiş və sərtləşmişdi.Sonra da məktəb öz rolunu oynadı.  Nəticədə Emin məqsədyönlü və müstəqil biri oldu. 

E.A: Bu nə qəmli tondu! Hər şey o qədər də bərbad deyildi. Birinci il üç həftə heç evə zəng də etmədim. Atam çox ciddi təhsil müəssisəsi seçmişdi. Valideynlərin özləri  belə zəng edə bilmirdilər. Yəni bir az yeniyetmələr üçün xüsusi rejimli müəssisəni xatırladırdı.  Orada 15 yaşına qədər oxudum. 15 yaşımdan 21 yaşıma qədər isə ABŞ-da təhsil aldım. 

 A.A: Çox uzun müddət oldu. Amma Emin 13 yaşında özünü biçimə sala bildi. Ölkənin    xaricində qaldı başa düşdü ki başqa həyat var. Hansı ki, o həyatda böyüyüb və ora dönə bilər. Və qayıtdı da. Amma qızım uşaq yaşından xaricdədir. Nə qədər zəng etsək də qayıtmaq istəmir.

-Övladlarınızı pula münasibətdə  necə tərbiyə etmisiniz? 

A.A: Xüsusi tərbiyə olmayıb. Belə alındı ki, Emin müstəqil həyatına 13 yaşından başladı. Mən həmin yaşımda atamı itirmişdim.Emin bunu və  həyatımın bütün detallarını bilirdi.Xaricdə təhsil aldığı müddətdə  puldan imtina etdi. Çətin olduğunu başa düşürdüm. Lakin qəlbimin dərinliyində  onun bu addımını alqışlayırdım.

E.A: Ələ baxan olmaq istəmirdim.

-Atana oxşamaq istəyirdin? 

E.A: Əlbəttə. Ona oxşamaq və onun paltarlarını geyinmək...  Digərlərinə baxanda mənimki daha çox gətirdi. Bütün uşaqlar atasını sevir. Lakin böyüyəndə başa düşürlər ki, valideynləri düşündükləri kimi ağıllı, güclü, ümumiyyətlə,  ideal deyil.  Məndə isə əks hal baş verdi. Yox, hərdən elə fikir yaranır ki,  nəyisə Araz İsgəndəroviçdən çox bilirəm(gülür). Amma o, 33 yaşımda da məni heyrətləndirməkdə davam edir. Bu müdrük insan çox uzaqgörəndir. 

A.A. Bu imici qorumaq üçün daim üzərimdə çalışıram (gülür).

-Emin bizneslə ona görə məşğul olursunuz ki, iş qabiliyyətinizi atanıza sübut edəsiniz? 
 
E.A. Yox, hər şey təbiidir. Sadəcə pul qazanmağı çox istədim. Bu, yeniyetməliyimin ilk altı ilinin pioriteti idi. Çox istəyirdim, valideynlərimə ağız açmadan özümə maşın alım, pul xərcləyim. Müxtəlif varianları gözdən keçirdim: supermarketdə işə düzəlməkdən biznes yaratmağa qədər. Birləşmiş Ştatlarda sayt yaratdım. Həmin sayt vasitəsilə “matryoşkaların”, komandir saatlarının satışı təşkil edilirdi. Atamın biznesinə girmədən öz biznesimi yaratmağı düşünürdüm. Yaxşı planlarım vari idi. “Crocus Group” –a  gəldikdə anladım ki, burada görüləsi çox iş var və Amerikadakı “matryoşkalarla”dan daha  çox qazana bilərəm. 

A.A. Heç vaxt xüsusən düşünmürdüm ki, oğlum biznesdə dayağım olacaq. Mən vəziyyəti dramatikləşdirirəm ki, pis  ssenariləri düşünüb, yaxşısı baş verəndə sevinə bilim. Eminin biznesdəki haqqını   təsdiqləməsinə ehtiyac qalmadı.  Problem onda idi ki, Rusiyaya qayıdışından sonra ondan butiklərin idarəsində yardımçı olmasını xahiş etmişdim. O təklifimi xüsusi maraq nümayiş etdirmədən  qəbul etdi.

Leyla Əliyeva

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413