Etibar Hüseynovun deputat mandatının ləğvi tələb olunur

05/04/2014 21:10

Etibar Hüseynovun deputat mandatının ləğvi tələb olunur

  •  

 

Font Ölçüsü
 

Məcburi köçkünlər bu məqsədlə Milli Məclisin qarşısında aksiya keçirəcək

Məcburi köçkünlər deputat Etibar Hüseynovun onların barəsində səsləndirdiyi fikrə etiraz olaraq, aprelin 8-də saat 14.00-da Milli Məclisin qarşısında aksiya keçirəcək. Bu barədə “Azadlıq”a Qubadlıdan məcburi köçkün Ağaşirin Tanrıverdioğlu məlumat verib. “Etibar Hüseynovun Milli Məclisdə üzr istəməsi hələ hər şey demək deyil. Onun deputat mandatı ləğv olunmalıdır”, - deyə məcburi köçkün bildirib.

Ağaşirin Tanrıverdioğlu qeyd edib ki, etiraz aksiyasıyla bağlı artıq Bakı şəhər Icra Hakimiyyətinə müraciət olunub. Amma meriya icazə verməsə də, onlar aksiyanı keçirməkdə israrlıdır: “Biz Etibar Hüseynovun deputatlığına xitam verilməsini həm də ona görə istəyirik ki, başqalarına da dərs olsun. Bizi təhqir etməsinlər. Aksiya ilə bağlı şəxsən mənim özümə çoxlu sayda məcburi köçkünlər müraciət edib. Eyni zamanda, məcburi köçkünlərin hüquqlarını müdafiə edən təşkilatlar, sadə vətəndaşlar da aksiyaya qatılacaqlarını deyiblər”.

 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413