Eynulla Fətullayev: “Xədicə İsmayılova casus həmkarlarına başqa sənədlər də ötürüb”

19/02/2014 13:59
Eynulla Fətullayev: “Xədicə İsmayılova casus həmkarlarına başqa sənədlər də ötürüb”
19 февраля, 2014 12:29
 
 

Jurnalist Eynulla Fətullayevin  “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı məqaləsinin əks sədası hələ də səngimək bilmir. Məqalədəki əsas iddialar bundan ibarətdir ki,  jurnalist Xədicə İsmayılova ABŞ kəşfiyyatçılarına “hakimiyyətlə əlaqəsi olan müxalifətçilərin, ictimai xadimlərin siyahısı”nı ötürüb. Həmin siyahıdakı adlar isə Azərbaycan müxalifətinin, mediasının, ictimaiyyətinin tanınan simalarıdır.

İş o yerə gəlib ki, Amerikanın Bakıdakı səfirliyi də mövzuya münasibət bildirib. Bundan başqa, yazıda “iqtidarın gizli adamları” kimi siyahılaşdırılan tanınmışların bir çoxu da iddialara cavab verib. Nəticədə,  X.İsmayılova haqqında Baş prokurorluqda cinayət işi başlanıb.

kv1

Xədicə İsmayılova və neobolşevizm təfəkkürünə malik adamların nöqteyi-nəzərindən isə bu, anormal hesab edilir

kv1

E.Fətullayevin “Yeni Müsavat”a geniş müsahibəsinin birinci hissəsi qərc olunub. Jurnalist deyib ki, müxalifətin birbaşa hakimiyyətə işləməsini və ya hansısa sifarişləri yerinə yetirməsini birmənalı şəkildə demək olmaz: “Siyahı daha böyükdür, yüzdən artıq adamın adı var... Bu siyahıda xeyli adamların adları var ki, mən onların hakimiyyətlə bağlılığına inanmıram.

X.İsmayılova və neobolşevizm təfəkkürünə malik adamların nöqteyi-nəzərindən isə bu, anormal hesab edilir. Çünki onlar mübarizənin anarxist vasitələrinin tərəfdarıdır. Yəni onlar dövləti inkar edirlər”.

E.Fətullayev deyib ki, X. İsmayılovanın bundan sonra daha hansı sənədləri ortaya qoyacağı məlum deyil: “Bəlkə onun bu tipli əlavə sənədləri də var, başqa qurumlarla da bağlı olan sənədləri mövcuddur”.

X.İsmayılovanın siyahısı ilə bağlı siyasətçilərlə keçirdiyi görüşlərində müəyyən adların hallanmasından söz düşəndə E.Fətullayev bildirib:

“Mənə məlumat daxil oldu ki, “ART Garden” restoranında belə bir görüş olub. Sonradan mən həmin görüşün amerikalıları çıxmaq şərtilə (çünki onlar artıq Azərbaycanı tərk etmişdilər) bütün iştirakçıları ilə görüşdüm. Mən İntiqam Əliyevin ofisində oldum. O mənə dedi ki, dəvətli olub, xəstələndiyi üçün görüşə gəlməyib. Ənnağı Hacıbəyli də dəvətli olub. Anasının cümə axşamı olduğu üçün görüşdə iştirak edə bilməyib. Görüşdə iştirak edən Emin Hüseynovla görüşmüşəm, dəvət etmişəm müsahibəyə, o görüşü təsdiq edib. Rəşid Hacılı da görüşdə iştirak edib...  Sonra Con Zadroznı ilə Daniel Vajdiçin tərcümeyi-halı ilə maraqlanmışam. Bununla bağlı Moskvadakı həmkarlarımla əlaqə yaratmışam. Bilirsiniz ki, Vajdiç vaxtilə Moskvada,  Karnegi İnstitutunda çalışıb. Mən bu məlumatı Moskvadakı həmkarlarımdan əldə elədim. Rusiyada demokratik çevrədə tanınmış adamlardan olan Leonid Nikitinski mənə dedi ki, Danel Vajdiçi Rusiyada ABŞ xəfiyyəsi kimi tanıyırlar...”

E.Fətullayev “siyahı” izi ilə araşdırmaları davam etdirdiyini bildirib:

kv1

ABŞ səfiri müxalifəti dəvət edir, qapalı görüşlər keçirir, səfiri Milli Şuranın tənəzzülü çox narahat edir və məhz bundan sonra strateji əhəmiyyətli həmin iki kəşfiyyatçı Azərbaycana gəldi

kv1

- “Vajdiç  Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır, Zadroznı isə əks-kəşfiyyatın əməkdaşıdır. Özü də onların tərcümeyi-hallarına baxanda görünür ki, təcrübəli, peşəkar kəşfiyyatçılardır. Üç aydan, beş aydan artıq bir yerdə işləməyiblər. Zadroznı hətta Ağ Evdə xidmət rəisinin müavini işləyib. Yəni bunlar sıradan olan şəxs deyillər...Və Xədicə xanım məhz həmin adamlarla görüşdüyünü təsdiq edib.

E.Fətullayev Azərbaycanda casusluq fəaliyyəti göstərmiş əcnəbilərin X.İsmayılova ilə əlaqəli olduğunu iddia edib:

Vajdiç 2010-cu ildə ifşa olunub. Çünki onlardan biri kəşfiyyatçı qismində Bakıya 2010-cu ildə, parlament seçkilərindən 5 ay əvvəl, ABŞ Sahibkarlar İnstitutunun analitiki kimi gəlmişdi. Gəlib burada gənclərlə görüşmüşdü. Həmin görüşdən sonra əks-sədalı proseslər oldu, bir neçə gənci həbs elədilər. İndi isə baxın-ABŞ səfiri müxalifəti dəvət edir, qapalı görüşlər keçirir, səfiri Milli Şuranın tənəzzülü çox narahat edir və məhz bundan sonra strateji əhəmiyyətli həmin iki kəşfiyyatçı Azərbaycana gəldi. Yəni demək istəyirəm ki, yenə də gələcəklər və çox gələcəklər. Çox güman ki, onlardan savayı burada digərləri də var”.

E.Fətullayev iddia edir ki, X.İsmayılova amerikalılara başqa sənədlər də ötürüb. 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413