Fər­had Əli­ye­və Sumqayıt Telekomun rəisindən maraqlı jeşt

19/11/2013 20:32

Fər­had Əli­ye­və Sumqayıt Telekomun rəisindən maraqlı jeşt

By  | on 19/11/2013 | 0 Comment

Fərhad və Rafiq Əliyevlər əfv olduqdan sonra onların görüşünə bir sıra məmurlar tələsdi. Zamanında Fərhad Əliyevin dəstəyi ilə vəzifəyə gələn o insanların bir çoxu son dövrə qədər sabiq nazirlə əlaqələrini kəssələr də, hakimiyyətin qardaşlara münasibəti loyallaşan kimi onlar da mövqelərində korrektələr etdilər.

 AZERİNFO.ORG-a daxil olan məlumata görə, F.Əliyevi azad olunduğu üçün təbrik edənlərdən biri Sum­qa­yıt Te­le­kom­mu­ni­ka­si­ya Qov­şa­ğı­nın rə­i­si Akif Əsgərovdur.

Əli Abbasovun nazirlik dönəmində Sumqayıtda “əbədiləşən” A.Əsgərov həmçinin Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun ilə qudadırlar.

Bu, həm də o A.­Əsgərovdur ki, “Bay­va”­nın Əli Bay­ram­lı şö­bə­si­nin rəh­bə­ri olar­kən 22 ra­yo­nun ener­ji ilə təc­hiz olun­ma­sı­na ca­vab­deh olub. De­yi­lə­nə gö­rə, o, hə­min pos­tun­da “A­zə­re­ner­ji” səhm­dar cə­miy­yə­ti­nin pre­zi­den­ti Eti­bar Pi­ri­ver­di­yev­lə yo­la get­mə­yib. Hət­ta E.­Pi­ri­ver­di­yev onu iş­dən çı­xar­maq üçün uzun müd­dət fakt axa­rı­şı­na çı­xıb. Nə­ha­yət, o, Akif Əsgərovu iş­dən azad et­mək üçün çox ma­raq­lı ge­diş­lə­rə əl atıb və onu iş­dən azad edə bi­lib.  Be­lə ki, ha­zır­da Sum­qa­yıt Te­le­kom­mu­ni­ka­si­ya Qov­şa­ğı­nın rə­i­si və­zi­fə­sin­də iş­lə­yən A.Əsgərovun şö­bə­də­ki ma­xi­na­si­ya­la­rı­nı elə öz iş­çi­lə­rin­dən bi­ri va­si­tə­si ilə əl­də edə bi­lib. “A­zə­re­ner­ji” pre­zi­den­ti­nin A.Əsgərovu be­lə çə­tin­lik­lə iş­dən azad et­mə­si­nin kö­kün­də isə o zamankı iqtisadi in­ki­şaf na­zi­ri Fər­had Əli­ye­vin dur­du­ğu id­di­a olu­nur. De­yi­lən­lə­rə inan­saq, Akif Əsgərov Fər­had Əli­ye­vin “ko­man­da­sı”­nın ina­nıl­mış və sa­diq üz­vü­lə­rin­dən bi­ri olub. Am­ma E.­Pi­ri­ver­di­ye­vin A.­Əsgərovu fakt­la iş­dən çı­xar­ma­sı qar­şı tə­rə­fi sus­ma­ğa məc­bur edib…

Bun­dan son­ra bir qə­dər iş­siz qa­lan Akif Əsgərovv son­ra­dan Stan­dart­laş­ma, Met­ro­lo­gi­ya və  Pa­tent Agent­li­yi­nin Sum­qa­yıt şö­bə­sin­də mü­a­vin və­zi­fə­si­ni tu­tub. Eti­bar­lı mən­bə­nin söz­lə­ri­nə gö­rə, onun bu və­zi­fə­yə tə­yi­na­tın­da da F.Ə­li­yev önəm­li rol oy­na­yıb. Mən­bə bil­di­rir ki, qeyd olu­nan tə­yi­nat ve­ri­lən za­man bu müv­vəq­qə­ti ad­dım ki­mi də­yər­lən­di­ri­lib və ona bil­di­ri­lib ki, qı­sa müd­dət­də onu han­sı­sa önəm­li və­zi­fə ilə tə­min edə­cək­lər. Doğ­ru­dan da bir müd­dət­dən son­ra o, Sum­qa­yıt Te­le­fon Qov­şa­ğı­nın rə­i­si və­zi­fə­si­nə gə­ti­ri­lir. Və bu gün hamının Fərhad Əliyevdən hər ehtimala qarşı qaçmasına rəğmən A.Əsgərovun jesti bu yaxşılıqları unutmadığından xəbər verir.

Ma­raq­lı­dır ki, onun iş­lə­di­yi yer­lər­də hə­mi­şə iş­çi­lər­lə ko­bud dav­ran­ma­sı bil­di­ri­lir.

Möv­zu ilə bağ­lı Akif Əsgərovun mü­na­si­bə­ti­ni öy­rən­mək cəhd­lə­ri­miz mo­bil te­le­fo­nu həf­tə ər­zin­də me­saj­da ol­du­ğun­dan alın­ma­dı. Qə­bul ota­ğın­dan isə zəng­lə­ri­mi­zə ca­vab ve­rən xa­nım isə rə­i­sin davamlı olaraq, məşğul ol­du­ğu­nu bil­dir­di.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413