Flora Kərimova: "Budəfəki möhtəşəm olacaq"

13/05/2013 11:07

 

Flora Kərimova: "Budəfəki möhtəşəm olacaq"

Xalq artisti Flora Kərimova Nadir Qafarzadə ilə oxuduqları “Dözmür ürək” mahnısına klip çəkdirəcək.
 
Publika.Az Axşam.az-a istinadən bildirir ki, Flora Kərimova çəkilişlərin gələn həftə başlayacağını bildirib:
 
“Əslində klipi bu həftə çəkməli idik. Amma Nadirin konsertləri ilə bağlı tarixi dəyişdirmək məcburiyyətində qaldıq. Ayın 16-da çəkilişlərə başlayacağıq. Bir çox ifaçılardan duet təklifləri alıram. Amma bunun üçün, hələ ki, vaxt tapmıram”.
 
Flora xanım payızda solo konsert verəcəyini də söyləyib:
 
“Bu yaxınlarda qızım yanıma gələcək. Yayı onunla keçirəcəm. Payızda isə böyük konsert verməyi düşünürəm. Çoxdandır belə konsertim olmur. Budəfəki möhtəşəm olacaq”

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413