Gömrükdə qalmaqal - Özəl

08/10/2013 08:11
b_410_310_16777215_00_images_xeber_sekiller_10sentyabr2013_vusal_novruzov_211750796.jpg
Vüsal Novruzovun «qara kassa»dan pul gizlətməsi üzə çıxıb, Bakı Gömrüyünün rəisi qorxu içindədir

Bakı Gömrüyünün rəisi Vüsal Novruzovla bağlı qalmaqal yaşanır. Verilən məlumata görə, buna səbəb rəisin ümumi kassadan külli miqdarda pul gizlətməsinin üzə çıxması olub. Məlumatlı mənbənin sözlərinə görə, ortada milyonlarla dollar puldan söhbət gedir. Mənbənin iddiasına görə, Novruzov 5 ilə yaxın imiş gizli şəkildə biznes sahələrindən birini yönəldirmiş. Xarici ölkələrlə ticarət əlaqələrini əhatə edən bu biznes sahəsinin illik gəliri isə milyonlarla manat dəyərində olub. Həmin şirkətin Novruzovla heç bir əlaqəsi olmayan şəxs tərəfindən idarə olunması isə yuxarı dairələrdə heç bir şübhə yaratmayıb. Lakin ötən günlərdə təsadüf nəticəsində məsələnin üzəri açılıb və Bakı Gömrüyünün rəisi çətin duruma düşüb. Mənbə qeyd edir ki, Vüsal Novruzov faktiki olaraq qorxu içindədir. Çünki ondan bunun hesabının ağır şəkildə sorulacağının fərqindədir. Üstəlik, o, yaxşı bilir ki, 5 ildə qazandığından da artığını ondan alacaqlar.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413