Göyçay İnternat Məktəbində maxinasiyalar

13/05/2013 11:03

 

Göyçay İnternat Məktəbində maxinasiyalar

Göyçay İnternat Məktəbində maxinasiyalar
Mehman Salmanov uşaqların puluyla qızına CİP avtomobili alıb
22.02.2013 / 11:34
 


 



Artıq uzun müddətdir ki, Göyçay rayon Səməd Vurğun adına İnternat Məktəbində çeşidli maliyyə maxinasiyaları  həyata keçirilir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu müəssisənin direktoru Mehman Salmanov müəllim və uşaqların əlilə dövlət vəsaitlərini mənimsəmək məqsədilə yeni-yeni üsullar “icad etməkdə” əsil peşəkarlıq nümayiş etdirir. Qeyd edək ki, Mehman müəllimin törətdiyi bu qanun pozuntularına dair ölkənin müxtəlif kütləvi informasiya vasitələrində dəfələrlə tənqidi materiallar dərc olunub. Qeyd etmək lazımdır ki, sözügedən internat məktəbində siyahı üzrə 350 nəfərə yaxın şagird təhsil alır. Hər halda məlumatlara əsasən bu müəssisədə məhz bu qədər şagirdin yeməklə təmin olunduğurəsmi hesabatlarda öz əksini tapıb. Məktəbdə olan mənbələrin dediyinə görə isə, burada əslində cəmi 80-100 nəfər uşağa yemək verilir. Həm də bu 80-100 şagird də yalnız günorta yeməyi ilə təmin olunurlar. Səhər və axşam yeməkləri isə yalnız hesabat sənədlərində “verilir”. Çox cüzi sayda, nisbətən uzaqda yaşayan uşaqlara səhər və axşam yeməyi verilir ki, onların da sayı 20-30 nəfərdən çox deyil. Bununla belə, bir müddət əvvəl bəzi mətbuat orqanlarının yaydıqları məlumatlara əsasən, M.Salmanov ara-sıra “menyunu dəyişmək” məqsədilə birdəfəlik aksiyalara da əl atır. Belə aksiyalardan biri kimi, internatda təhsil alan uşaqlardan gündə 4 dəfə isti yeməklərlə təmin olunmaları barədə “arayış” alınmasını göstərmək olar. Aydındır ki, bu üsulla məktəbin rəhbərliyi növbəti dəfə müəyyən vəsaitlərin silinməsinə rəvac verib. Digər məlumatda isə bildirilir ki, Səməd Vurğun adına İnternat Məktəbində mövcud olan xoşagəlməz hallardan biri də dərs bölgüsü ilə bağlıdır. Qeyd olunur ki, bir müddət əvvəl aparılan təftiş zamanı burada ibtidai siniflərin çoxunda dərsi başqa müəllimlər dediyi halda, jurnalda adı yazılan şəxsin başqası olduğu üzə çıxıb. Hətta elə siniflər də var ki, onların yalnız adları var, amma özləri yoxdur. Təbii ki, belə siniflərə görə, dövlət büdcəsindən ildə külli miqdarda pul alınır və mənimsənilir. Lakin qeyd olunduğu kimi M.Salmanov dövlət vəsaitlərinin mənimsənilməsi yönümündə ən müxtəlif vasitələr tapmaqda çox mahirdir. Məsələn, bəzi müəllimlərin guya əqli cəhətdən zəif və şikəst uşaqlara evlərdə dərs dediyinə görə, əlavə əmək haqqı yazılır. Daha bir pul silmə əməliyyatı isə bir neçə il bundan əvvəl internata hədiyyə olunmuş texniki avadanlıqların “yoxa çıxması” haqda aktın tərtib olunması ilə reallaşdırılıb. Belə ki, məlumatlara görə, internata əmək dərsləri üçün verilən müxtəlif təyinatlı təmir açarları, tikiş maşınları, dəzgahlar və digər avadanlıqların böyük əksəriyyəti bu aktın pərdəsi altında satılaraq nəğd pula çevrilib. Məlum olduğu kimi mövcud qanunvericiliyə görə, valideynlərini itirmiş və az təminatlı ailələrin uşaqlarına dövlət tərəfindən hər ay 20-25 manat məbləğində müavinət verilir... Yox-yox, elə düşünməyin ki, Mehman müəllim bu uşaqların da puluna göz dikib. Bu əsla belə deyil. Həm də kifayət qədər zəngin və səxavətli dövlətimiz olan yerdə uşaqların pullarına nə ehtiyac var ki? Sadəcə olaraq internatda müavinət alan uşaqların siyahısına daha 10-15 nəfər artırmaqla bu məsələdən də qazancla çıxmaq olar.



Lakin görünür İnternat Məktəbin direktorunun nəfsi, öz böyüklüyünə görə, heç də onun zəkasının itiliyindən geri qalmır. Hər halda bu nəfs doymaq bilmir ki, bilmir. Son aldığımız məlumatda bildirilir ki, öz övladına yeni model CİP avtomobili almaq üçün, Mehman müəllim artıq rəhbərlik etdiyi İnternat Məktəbin ərazisindən də müəyyən qədər kəsib satmalı olub...



 




 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413