GÜLƏR ƏHMƏDOVA HAKİMİYYƏTƏ VAXT VERİB
27/05/2013 14:12
GÜLƏR ƏHMƏDOVA HAKİMİYYƏTƏ VAXT VERİB
24.5.2013

“Ən azı avqustun 8-nə qədər Gülər Əhmədova barəsində mətbuata məlumat verilməyəcək. Bu barədə onun özü bizə bildirib ki, haqqında jurnalistlərə heç bir məlumat verməyək. Biz də müvəkkilimizin istədiyi kimi hərəkət etməyə borcluyuq. Ona görə də media əhli bizdən inciməsin”.
Bunu Teleqraf.com-a sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.
“Azadlıq”a daxil olan məlumata görə, Gülər Əhmədovanın vəkillərinə avqust ayına qədər mediaya danışmağı qadağan etməsi təsadüfi deyil. Əvvəla, avqust ayının 8-də Gülər Əhmədovaya seçilən həbs qətimkan tədbiri başa çatır. Sabiq deputat buna kimi unudulmasını istəyir. Ümid edir ki, onunla bağlı məsələnin gündəmdən düşməsi həbsdən çıxmasına yardımçı ola bilər. İkincisi, avqsut ayı seçki kampaniyası başlayır. Gülər Əhmədova bununla həm də hakimiyyətə mesaj verir. Yəni, əgər avqustun 8-də onun barəsində həbs qətimkan tədbiri dəyişməsə, Gülər Əhmədova danışa bilər. Seçki kampaniyası dövründə sabiq deputatın şok açıqlamalar verməsi isə hakimiyyət üçün öldürücü zərbə bilər.
Bu arada modern.az məlumat yayıb ki, Gülər Əhmədovanın rəhbəri olduğu Respublika Uşaq Təşkilatı artıq uzun müddətdir ki, fəaliyyətsizidir. Məlumatda deyilir ki, təşkilat sabiq deputatın həbsindən sonra bağlanıb. Təşkilatın Hökumət Evindəki ofisinin qapılarına qıfıl vurulub. Respublika Uşaq Təşkilatının işçiləri işə də gəlmir. Bütün bunlara baxmayaraq, təşkilat rəsmi olaraq hələ ki, ləğv olunmayıb.
—————
Back