Heydər Babayev Londonda bank açır?

30/09/2013 20:16

Heydər Babayev Londonda bank açır?

bitmap-img6

 

Keçmiş nazir Bakıda itirdiklərini Londonda geri qazanmaq fikrindədir

 

 
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev yeni bank açmağa hazırlaşır. Amma keçmiş nazirin yeni bankı Bakıda deyil, Londonda fəaliyyət göstərəcək. Bu barədə demokratiya.info məlumat yayıb.
 
PİA.AZ isə bildirir ki, bir zamanlar Bakıda böyük imkanlara sahib olan, mərhum prezident Heydər Əliyevin komandasında aparıcı şəxslərdən hesab olunan bu şəxs vəzifədən getdikdən sonra çox şeylər itirib. Zaman-zaman onun Azərbaycandakı biznes fəaliyyətinə ciddi əngəllər yaradılıb. Ona görə də, Heydər Babyev bir zamanlar gəldiyi yerə geri dönməyə qərar verib.
 
Qeyd edək ki, Bakıya mərhum prezident Heydər Əliyev tərəfindən dəvət olunana qədər Heydər Babayev Rusiyanın tanınmış banklarından birini Londondonda təmsil edirdi və beynəlxalq maliyyə dairələrində kifayət qədər nüfuzlu maliyyəçi kimi tanınırdı.
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413