İrandan Azərbaycana öldürücü ərzaqlar daşınır

03/10/2013 21:25

İrandan Azərbaycana öldürücü ərzaqlar daşınır

 

Tarix 03.10.13, 19:43

Font ölçüsü : - / +
 

bitmap-img6

 


“İrandan Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları öldürücü dozada təhlükəlidir”

 

 
 
Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, İrandan Azərbaycana genetik modifukasiya olunmuş (GMO), yəni geni dəyişdirilmiş məhsullar gətirilir.
 
“İrandan gətirilən çuğundur, badımcan, soğan, pomidor, habelə quru və təzə meyvələr də sağlamlıq üçün təhlükəli məhsullar siyahısındadır. Çünki bu məhsulların tərkibində yüksək dozada qatqılar olur. Ümumiyyətlə, İranda GMO malları çox hazırlanır, əksər məhsulların tərkibinə soya vurulur” - deyə AİB sədri bildirib.
 
E.Hüseynov İrandan gətirilən ərzaq məhsullarının üzərində Azərbaycan dilində məlumat verilmədiyini də vurğuladı: “Məhsulların üzərində yalnız fars dilində məlumatlar verilir. Halbuki Azərbaycan qanunlarına görə, milli dildə markalanmayan məhsulların satışı qadağandır. Alıcılar məhsulun tərkibi, orqanizm üçün təhlükəli olub-olmadığı, hətta saxlama şəraiti ilə bağlı məlumat əldə edə bilmirlər”.
 
AİB sədri Azərbaycanda GMO tərkibli məhsulların satışına nəzarətin zəif olmasından narahatdır: “GMO məhsullarına nəzarəti tənzimləyən qanun var. Lakin əhali hər gün GMO məhsullarından istifadə edir, üstəlik bu məhsulların orqanizm üçün təhlükəli olduğundan xəbərsizdir”.
 
Xatırladaq ki, GMO məhsullar yetişdirilərkən müxtəlif  heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Yəni məhsula ona yad olan orqanizmlərdən genlər köçürülür. Hazırda 100-dən çox kənd təsəsrüfatı bitkilərinin genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Belə ərzaq məhsulları isə sonsuzluq, habelə xərçəng, böyrək çatışmazlığı, qanazlığı kimi qorxulu xəstəliklər yaradır, immun sistemini məhv edir. 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413