İsmayıl Ömərovun fəaliyyəti yoxlanılacaq

13/05/2013 11:33

 

İsmayıl Ömərovun fəaliyyəti yoxlanılacaq


 

Azərbaycan Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib.


Palatadan «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, iclasda dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən Qax rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Naxçıvan MR büdcəsindən və digər mənbələrdən Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəsi və dövlət büdcəsindən Azərbaycanın İsveçdəki səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə audit proqramları müzakirə olunaraq təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, İTV-nin yeni direktoru Cəmil Quliyev bu arada islahatları davam elətdirir. Elə bir neçə gün əvvəl Musiqli və əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev də işdən çıxarılıb.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413