Jurnalist hədələnib

19/02/2014 13:15

Jurnalist hədələnib

  •  

 

Font Ölçüsü
 

“Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu “Facebook” şəbəkəsində hədələndiyini bildirir.
Ötən həftə “Facebook”da Yafəz Əkrəmoğluna qarşı qrup yaradılıb. “Yafəz Əkrəmoğlu kimdir?” adlı qrupun yaradıcıları bu şəbəkədə yerləşdirdikləri elanda Yafəz Əkrəmoğlunun Naxçıvan hakimiyyətini pisləyən yazılarının qəbuledilməz olduğunu vurğulayıblar, onun yalanlarını üzə çıxaracaqlarını vəd ediblər. Elanda jurnalist “məlum xarici ölkənin xüsusi xidmət orqanının agenti” də adlandırılıb.
Fevralın 18-də Yafəz Əkrəmoğlu “Musavat.com”a deyib ki, hakimiyyət oqranları ona hücumları davam etdirir, onu qaralamağa, pisikdirməyə, qorxutmağa çalışırlar. Jurnalist bildirib ki, ad-soyadını anonim göstərən, özünü Naxçıvan sakini kimi təqdim edən bir şəxs sosial şəbəkədə onun əleyhinə təhdid xarakterli çağırışlar edib: ”O məni Azərbaycanı, Naxçıvanı ləkələməyə çalışmaqda ittiham edərək yazıb ki, mənə 10 gün vaxt verir və əgər mən bu 10 gündə çıxıb elan verərək “Naxçıvan haqda qarayaxma yazmamağa” söz verməsəm, mənim yox edilmək planım işə düşəcək".
Bu ay “Azadlıq” radiosunun saytında Yafəz Əkrəmoğlunun “Naxçıvanda pullar. Büdcədə sıfırlar”, “Naxçıvanda cinayətlərin 50 dəfə azalmasının səbəbləri” adlı araşdırma yazıları yayımlanıb.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413