Jurnalist Milli Məclisdə yaralandı
30/09/2013 20:31
Jurnalist Milli Məclisdə yaralandı

"Azadlıq" radiosunun əməkdaşı Maarif Çingizoğlu Milli Məclisdə ciddi xəsarət alıb
Avropa.info xəbər verir ki, hadisə Milli Məclisin bu gün keçirilən iclası zamanı, "Azadlıq" radiosunun əməkdaşı parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otağa qalxarkən baş verib. Belə ki, jurnalist pilləkəni qalxarkən yıxılıb və başı dirəyin tininə dəyib.
Başı partlayan və qana bələnən "Azadlıq" radiosnun əməkdaşı Milli Məclisdəki Tibb məntəqəsinə aparılıb. Məntəqədə ona ilk tibbi yardım göstərilib və qanaxmanın qarşısı alınıb.
Məntəqədə ona bildirilib ki, bu ilk belə hadisə deyil,artıq necənci adamdır ki, pilləkəıni qalxarkən başı tinə dəyərək partlayır.
—————
Back