Krımın rus başçıları dələduz çıxdı

10/03/2014 21:12

Krımın rus başçıları dələduz çıxdı

  •  

 

Font Ölçüsü
 

 

Rusiyanın Krım kampaniyasının yerli «patriot»larının sirri açıldı. Sən demə Krımın Rusiya meylli rəhbərlərinin sadəcə olaraq, başqa yolu yox imiş. Onlar iri maliyyə cinayətlərində ittiham edilirmişlər. 
Krım Ali Məclisinin sədri Vladimir Konstantinova bağlı olan «Konsol» LTD-nin Ukrayna banklarına 1 milyard qrivnadan çox borcu var imiş. Konstantinovun ən çox borclu olduğu bank isə «Ukreksimbank»dır. Belə ki, hələ fevral ayının 17-də Krımın Təsərrüfat Məhkəməsi bu bankın «Konsol» LTD, «Krım-Finans İnvestisiya-maliyyə kompaniyası» və «Çar-qrad-Stroy» MMM-ə qarşı şikayətinə baxıb. Bank bu müəssisələrin ona borclu olduğu 5,28 milyon dolların və 459,89 milyon qrivnanın geri qaytarılmasını tələb edib. Konstantinovun kompaniyaları banklardan pulu 2006 və 2013-cü illərdə borc alıb. 
Rusiyalı siyasətçi Boris Nemtsov isə Krımın baş naziri Aksenov haqqında maraqlı məlumat əlavə edib. Bu məlumata görə, Aksyonov 90-cı illərdə kriminal qruplaşmaların fəal iştirakçısı olub və kriminal çevrələrdə Qoblin ləqəbi ilə tanınıb.

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413