MƏŞHUR BAŞ MƏŞQÇİ BAKIDA NƏYƏ TƏƏCCÜBLƏNDİ?

27/05/2013 14:32

MƏŞHUR BAŞ MƏŞQÇİ BAKIDA NƏYƏ TƏƏCCÜBLƏNDİ?

MƏŞHUR BAŞ MƏŞQÇİ BAKIDA NƏYƏ TƏƏCCÜBLƏNDİ?
“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Con Toşak Azərbaycan Premyer Liqasında oyunların süni örtüklü meydanlarda keçirilməsindən təəccüblənib. Lent.az-ın məlumatına görə, uelsli mütəxəssis belə halla heç yerdə rastlaşmadığını açıqlayıb.

“Ümumi götürdükdə, Azərbaycan çempionatının səviyyəsini şərait və təşkilatçılıq baxımından yaxşı saymaq olar. Amma məni təəccübləndirən oyunların sintetik örtüklü meydanlarda keçirilməsidir. Bu halla karyeramda ilk dəfə rastlaşıram”, deyə Toşak vurğulayıb.

O, Azərbaycan Superkuboku uğrunda qarşılaşmanın Avropa Liqasında ilk matçlarını keçirəcəkləri iyulun 4-ü ərəfəsində baş tutmasını da düzgün saymayıb: “Superkubok matçını nə vaxt oynayacağımızı demək çətindir. Amma bu oyunu iyunun sonlarına salmaq yaxşı ideya deyil”.

Toşak növbəti mövsümə daha yaxşı hazırlaşmalı olduqlarını da əlavə edib.
 

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413