Mahir Abdullayev MTN-də hansı adla saxlanılıb?

29/05/2013 13:47

Mahir Abdullayev MTN-də hansı adla saxlanılıb?

 

Font Ölçüsü
 

mahir-abdullayevElşad Abdullayev yeni sensasion video yaydı

MTN zabiti Mahir Abdullayevin DIN-in vəzifəli şəxslərinin göstərişilə oğurlandığını bəyan etdi

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı, 2003-cü ilin oktyabrında oğurlanmış Mahir Abdullayevlə bağlı yenə şok video yayılıb. Sözügedən videonu “Azadlıq.TV”yə Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi təqdim edib. Təxminən 45 dəqiqəlik videodakı söhbətlərdən belə məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti olan Mahir Abdullayev 2003-cü ilin prezident seçkisi ərəfəsində Müsavat partiyasına dəstəkdə, o cümlədən maddi yardımda şübhəli bilinərək, Daxili Işlər Nazirliyinin səlahiyyətli şəxslərinin göstərişilə həbs olunub. Həbsi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi (“bandotdel”) həyata keçirib, lakin onu saxlanılmaq üçün MTN-ə veriblər.

Keçmiş rektorun kabinetində lentə alınmış videogörüntülərdə üç nəfərin söhbəti öz əksini tapıb - Elşad Abdullayev, onun qardaşı Eldəniz Abdullayev və MTN əməkdaşı Ilqar Abbasov.
Ilqar Abbasov Elşad Abdullayevə bildirir ki, Mahir Abdullayevlə MTN-nin klinikasında görüşüb. Onun sözlərinə görə, saxlanma şəraitilə tanış olmaq üçün səlahiyyətlilərdən ibarət bir qrup şəxs klinikaya baş çəkib. Milli təhlükəsizlik nazirinin müavinləri də qrupun tərkibində olub. MTN zabitinin dediyinə görə, görüş zamanı dustaqların saxlanma şəraitilə bağlı müəyyən göstərişlər də verilib: “Babək prospektində tikiş fabriki var, ”Kürdoğlu"dur, yoxsa “Həsənoğlu”dur, bax, onlara “zakaz” verilib saxlanılanlar üçün paltarlar, ayaqqabılar, yataq dəstləri və s. tikilməsi".

DAVAMI VİDEODAN SONRA

 

Həmin görüşdə Mahir Abdullayevi də şəxsən gördüyünü deyən Ilqar Abbasovun sözlərinə görə, o, MTN-in klinikasında Əhmədov Isgəndər Isfəndiyar oğlu adıyla saxlanılır. Qeyd edir ki, xəstə dustaqlar, o cümlədən Mahir Abdullayevi MTN-in klinikasında Tofiq adlı həkim müayinə və müalicə edir.

Elşad Abdullayev:

- Həmin Tofiq doktor Mahiri tanıyır?
- Niyə tanımır...

- Tofiq kimlərdəndir?
- Poliklinikaya girəndə birinci mərtəbədə sağda 228-ci otaqda oturur. O vaxtkılardandı, köhnə işləyənlərdəndi, təzə gəlməyib.

- Füzuli yoxdu daha orada?
- Füzulini çıxartdılar, yerinə Məzahiri gətirib oturdublar.

Söhbətin bu yerində Ilqar Abbasov həmin Məzahirdən bir xeyli gileylənir, onun yaxşı adam olmadığını deyir.
Danışıqlardan o da aydın olur ki, bu kadrlar Hacı Məmmədovun bandasının ifşası, keçmiş nazirlərin həbsindən sonra lentə alınıb. Çünki söhbət əsnasında Hacı Məmmədovun, general Zakir Nəsirovun, keçmiş səhiyyə naziri Əli Insanovun da MTN-də saxlanılmasından bəhs olunur.

MTN-in zabiti həmçinin Mahir Abdullayevin kitabıyla bağlı şübhələrdən də danışır: “MTN-nin muzeyinə Mahirin kitabını aparmışdım. Mənə irad bildirdilər ki, dövlət əleyhinə kitabdır, töhmət verdilər. Dedim açıb oxuyun, Heydər Əliyevdən yazıb. Əgər bu adam Müsavatçıdırsa, Heydər Əliyevdən niyə yazırdı? Isa Qəmbərdən yazardı da. Tofiq Hacıyev mənə dedi ki, mən polkovnikəm, mənimlə söz güləşdirmə. Dedim ki, söz güləşdirmirəm, amma düz deyirəm axı...”
Dediyinə görə, Elşad Abdullayevlə görüşdükləri gün həmin töhmət üzərindən götürülüb.

Ilqar Abbasov bildirir ki, milli təhlükəsizlik naziri Mahir Abdullayevin həbsilə bağlı əməliyyatda iştirak etmiş “bandotdel” əməkdaşlarını nazirliyə çağırtdırıb: “Banditizm”də Həsən adlı adam var. Kök adamdır, göy göz. O gəlmişdi, dedi ki, mən Həsənəm. Nazir bilir, özü çağırtdırıb. Nazir deyibmiş ki, Mahirlə bağlı əməliyyatda iştirak eləyən tam tərkib gəlsin. Yəni, nazir bilmək istəyir ki, hansı sübutlar var, məlumat hardan gəlib, kim “navodka” verib, hansı şəraitdə həbs olunub. Bircə Həsən gəlmişdi, o da dedi ki, əməliyyatda iştirak edənlərdən ikisi pensiyadadır. Nazir dedi ki, onlar da gəlməlidir, get, tap gətir. Bu həbsə kim göstəriş veribsə, ona qədər açıqlanmalıdır.

Elşad Abdullayev:

- Mahiri niyə tutublar?
- Orada əsas götürüblər ki, o vaxt Müsavata maliyyə yardımı, dəstək göstərib, xarici ölkələrlə əlaqələrdə vasitəçilik edib. Materiallarda bunlar göstərilib. Ola bilsin, haradasa ağzından yüngül bir şey, nəsə əhəmiyyətsiz bir söz qaçırıb, bunlar da ondan yapışıblar. Indi ortada da heç bir sübut yoxdur. Daxili Işlər Nazirliyi tutub bizə köçürüb. Bu buraxsa, MVD deyəcək ki, mən tutmuşam, sən niyə buraxırsan? Onları çağırmaqda da məqsəd budur ki, gəlib cavab versinlər, görək ki, nəyin əsasında tutublar da.

- Mahirin vəkili var?
- Yox. Bunlar özləri də yaxşı bilir ki, onun heç bir cinayəti yoxdur.

- Bəs niyə saxlayırlar?
- Nə bilim. Nə məqsədləri var, bilmirəm. Yalan deyərəm.

Söhbət əsnasında Elşad Abdullayev MTN zabitindən Gülər Əhmədova barədə də soruşur. Ilqar Abbasov bildirir ki, onunla şəxsi tanışlığı yoxdur.

Elşad Abdullayev onu da qeyd edir ki, Mahir Abdullayev hər hansı cinayət eləyibsə belə, onu vəkilsiz qoymaq, ailəsinə bu haqda heç bir məlumat verməmək insanlıqdan kənar hərəkətdir. Bu yerdə MTN əməkdaşı maraqlı bir hadisə danışır: “Elə adam var ki, ailəsi ölmüş bilir. Sifəti tanınmaz hala düşmüş bir adamı basdırıblar, qəbrin üstünə də şəkil vurublar. Halbuki, adam sağdır. Ailəsinə, uşağına kənardan baxır, yaxınlaşa bilmir. Elə qadağa qoyulub ona. Deyir ki, yoldaşım aparıb uşağı bağçaya qoyanda kənardan baxıram, ürəyim partlayır. Bu adamın 42 yaşı var, başında bircə dənə də qara tük yoxdur...”
Ilqar Abbasov Elşad Abdullayevi əmin edir ki, qardaşı sağ-salamatdır: “Sağ-salamat olmağına salamatdır. Mən dua eləyirəm ki, sağ-salamat gəlib çıxsın, qurtarsın söhbət. Bu işi 1 saata ”hə"-"yox" eləmək olar. Hər şeyi bir fikirləşmək lazımdır da, Isa Qəmbər gəlməyib ki, hakimiyyətə, istədiyiniz adam gəlib də. Bilinirdi ki, bundan sonra bu gələcək, bundan da sonra bu gələcək. Planlı şəkildə olan şeydir də. Birdəfəlik lap uşaqlıqdan atadan-oğula, oğuldan -ataya eləsinlər, qurtarıb getsin də..."
MTN-zabiti onu da qeyd edir ki, bir sıra deputatlar, Ombudsman Elmira Süleymanovanın MTN-in istintaq təcridxanasında monitorinqlər zamanı Mahir Abdullayevlə görüşüb.

İnformasiya şöbəs

 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413