MAKSİM MUSAYEV: "ƏLİ ƏHMƏDOV İSTEFA VERMƏLDİR"

04/06/2013 23:44

MAKSİM MUSAYEV: "ƏLİ ƏHMƏDOV İSTEFA VERMƏLDİR"
4.6.2013
MAKSİM MUSAYEV: "ƏLİ ƏHMƏDOV İSTEFA VERMƏLDİR"

Qocaman YAP-çı Maksim Musayev hakim partiyanın qurultayından danışdı
 
“Nə qurultay nümayəndəsi seçilməyim, nə də qonaq kimi iştirakımla bağlı mənə heç bir məlumat və dəvətnamə verilməyib”. Bu sözləri YAP-ın qurucularından olan Maksim Musayev hakim partiyanın iyunun 7-də keçiriləcək qurultayına dəvət edilib-edilməməsi barədə danışarkən deyib.
 
O, “Yeni Müsavat”a açıqlamasında əlavə edib ki, onları fəxri qonaq kimi dəvət etməlidirlər: “Çünki biz YAP-ın kötükləri, orta dirəyiyik. Istəsələr, bizi fəxri qonaq kimi dəvət edə bilərlər. Lakin bunu eləməyiblər, eləməyəcəklər. Nə qədər ki, Əli Əhmədov oradadır, bu olmayacaq. Ancaq onu da deyim ki, YAP-ı yaradanlara belə münasibət çox təhlükəli məsələdir”.
 
“Qurultaya dəvət gəlsə, gedəcəkəsinizmi” sualına M.Musayev belə cavab verdi: “Baxarıq görək dəvətnaməni kim göndərib. Xalaxətrin qalmasın deyə dəvət edəcəklər ki, görək gəlir, yoxsa gəlmir? Mən ölçüb-biçəcəyəm. YAP hakim partiyadır və gərək buna uyğun da təşkilatçılıq qabiliyyəti olsun. Mən partiyanın katibliyini tənqid edirəm ki, işlərini hakim partiyanın səviyyəsinə uyğun qura bilmirlər. Əli Əhmədov partiyada ya sədr müavinliyindən, ya da icra katibliyindən istefa verməlidir. Katiblik icra işləri ilə məşğul olmalıdır. Sədr müavini isə sərəncam vericidir. Əli Əhmədov bu iki vəzifənin birini tərk eləməlidir. Əli Əhmədov həm də Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müdiridir. Bir maraqlanın görün o, həmin kafedraya ildə cəmi neçə dəfə gəlir. Eldar Ibrahimov 2011-ci ildə müdafiə edib. Ona Iqtisad Universitetində ayrıca kafedra açıblar və müdir qoyublar. Bax bu cür məsələlərə görə partiyanın işi getmir. Biz demirik ki, filan vəzifədən çıx yerini ver mənə. Biz deyirik ki, bir vəzifəni normal işlədin. Digər vəzifələri peşəkar olan başqaları həyata keçirsinlər”.
 

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413