Rusiyanın paytaxtı Moskvada "bazarların kriminal ünsürlərdən təmizlənməsi" proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir.
Rusiya mediasının yaydığı xəbərə görə, bu gün saat 11 radələrində "Sadovod" ticarət mərkəzində miqrantlara qarşı əməliyyat keçirilib. Avtobuslarda ticarət mərkəzinə gətirilən polis qüvvələri bazarda olan şəxslərin şəxsiyyətlərini ayırd etmək üçün miqrantları kütləvi şəkildə saxlayıblar.
Bu bazarda çalışanların əksəriyyətinin azərbaycanlılardan ibarət olduğu məlumdur.
Qeyd olunur ki, polislər miqrantların ölkə ərazisində qalmaları müddətini yoxlayır və əgər onlar bu müddəti aşıblarsa, ölkədə çıxarırlar.
Xatırladaq ki, bu tədbirlər Matveyev bazarında əməliyyatçının döyülməsindən və Biryulevoda baş verən hadisədən sonra intensiv xarakter alıb və hazırda etnik təmizləmə siyasəti səviyyəsinə çatıb.