PARLAMENT SOSİAL ŞƏBƏKƏLƏRƏ MÜDAXİLƏNİ QANUNİLƏŞDİRDİ

30/04/2013 13:45

PARLAMENT SOSİAL ŞƏBƏKƏLƏRƏ MÜDAXİLƏNİ QANUNİLƏŞDİRDİ
30.4.2013
PARLAMENT SOSİAL ŞƏBƏKƏLƏRƏ MÜDAXİLƏNİ QANUNİLƏŞDİRDİ

Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, komitə sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur.
 
Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

—————

Back


Categories


Contact

media news

Баку
Азербайджан
1073


+99412 4343413