
Rusiyanın Krasnoyarsk vilayətində yetkinlik yaşına çatmayan qıza təcavüz edilməsi ilə bağlı cinayət işinin ilkin istintaqı başa çatıb.
Rusiya KİV-ə istinadən xəbərinə görə, bu il martın 2-də "QAİ" işçisi olan kapitan rütbəli şəxs öz mənzilində azyaşlı oğlunun ad gününü qeyd edib. O, ad gününə yaxınlarını, eləcə də əvvəllər ev işlərində arvadına kömək edən 15 yaşlı qohumunu dəvət edib.
İstintaqın məlumatına görə, ad günündə içib sərxoş olan kapitan 15 yaşlı qızın dalnca ayaqyoluna gedib və orada onu zorlayıb. Baş verən hadisədən sonra qız özünü dördüncü mərtəbədən yerə atıb.
Zədələnən qız xəstəxanaya yerləşdirilib. Kapitan barəsində isə "yetkinlik yaşına çatmayanlara təcavüz etmə" maddəsi ilə cinayət işi açılıb. Onu 15 il müddətinə həbs cəzası gözləyir.
Xidməti yoxlamadan sonra kapitan və onun rəisi polis orqanlarından uzaqlaşdırılıblar.